Bu gün Qafqazda ən müasir ordu Azərbaycan ordusudur

Bu gün Qafqazda ən müasir ordu Azərbaycan ordusudur

Jalə Həsənova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

2 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin direktoru

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata  bilmişdir. 1918-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökümətinin yaratdığı milli ordu Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gündən başlamışdır. Ölkənin ərazi bütövlüyünü, müstəqilliyini müdafiə etmək üçün güclü ordu yaratmaq dövlətin birinci dərəcəli vəzifəsi idi.

Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə ölkənin müdafiəsinin təşkili, ordunun formalaşdırılması sahəsində uğurlu işlər görüldü. Xalq Cümhuriyyəti Azərbaycanın XX əsr tarixinin parlaq səhifələrindən biridir. Bu işlərin və əldə edilmiş nəticələrin öyrənilməsi, ümumiləşdirilməsi həm dövrün tarixinin tədqiqi, həm də ordu quruculuğu sahəsində elmi və praktiki əhəmiyyətə malikdir.

1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Qısa müddət ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizin həyatının bütün sahələrində o cümlədən ordu quruculuğu istiqamətində dönüş yarandı. Qısa müddət ərzində yüzlərlə, minlərlə vətənpərvər gənc silaha sarılaraq torpaqlarımızın müdafiəsinə qalxdılar.

Şərqdə ilk Demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordu quruculuğu müstəqilliyini yenidən qazanan ölkəmizdə tarixi varislik prinsipi əsasında müasir mərhələyə qədəm qoydu.1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyət Ordusunun hüquqi bazasını təşkil etmişdir.

Azərbaycan Respublikası ilə NATO arasında əməkdaşlığın təməli 1992-ci ilin mart ayında qoyulub. 1994-cü il 4 may tarixində Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq “proqramına qoşulub.

Müdafiə Sənayesi Nazirliyində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindəndir. Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə hər zaman xüsusi diqqət yetirilir.

Silahlı qüvvələrin modernləşdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji isiqamətlərindəndir. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir.

Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı.

Vətən övladları doğma yurd uğrunda döyüşməyə, düşmənə qan uddurmağa tələsirdi. İllərdi ürəyimizdə qubara çevrilən Qarabağ bizi səsləyirdi.

 QARABAĞ BİZİMDİR, QARABAĞ AZƏRBAYCANDIR!