Boykot pərdəsi altında cəmiyyətdə emosional gərginliyə nail olmaq istəyirlər
Azərbaycan Respublikasında 2003-cü ildə demokratik qaydada keçirilən Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi partiya Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev 77.84% faizdən çox səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
2008-ci il oktyabrın 15-də Azərbaycanda keçirilən 6-cı prezident seçkilərində isə əsas müxalifət qüvvələri seçkini boykot edirdi. Boykot qərarı ilə razılaşmayan və vaxtilə müxalifətdə olan siyasətçilərdən heç biri prezidentə alternativ rolunu oynaya bilmədi və 88,73% səslə cənab İlham Əliyev ikinci müddətə prezident seçildi. 2013-cü ildə üçüncü və 2018-ci ildə səslərin 86,03% -ni toplayaraq dördüncü müddətə Azərbaycan Respublikasının prezidenti seçilmişdir.
7 Fevral 2024-cü il tarixində Azərbaycan Respublikasında keçirilən növbədənkənar prezident seçkilərini bəzi partiyalar boykot qərarı alıb. Demokratik qaydada seçkilərin keçirilməsinə baxmayaraq sağlam rəqabəti pozan və təxribatlar edən destruktiv müxalifət öz kirli siyasətləri ilə boykot təxribatlar törədən addımlar atırlar.
Müxalifət tərəfindən həyata keçirilən boykotun qarşısında bir çox məkrli hədəflər vardı. Müxtəlif səviyyələrdə məlumat bəhanələri formalaşdıraraq qərəzli təxribatlar törədən iqtidarı qərəzli şəkildə tənqid edən süni imkanlar yaradılırdı. Radikal qüvvələr öz zəifliklərini gizlətmək üçün Boykot pərdəsi altında həm cəmiyyətdə emosional gərginliyə nail olmaq, həm də beynəlxalq səviyyədə informasiya ajiotajı yaratmaq istəyirdilər.