Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Uzun illərdir ki, Azərbaycan dövləti bütün dünya ölkələrilə siyasi və iqtisadi tərəfdaşlıq edir. Bu münasibətlər Bolqarıstan və Azərbaycan arasında da sürətlə və uğurla inkişaf etmişdir. Bolqarıstan Prezidentinin bu dəfəki səfəri bunun növbəti təzahürüdür.
8 may tarixində Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri çərçivəsində Bolqarıstan-Azərbaycan əlaqələri geniş formatda müzakirə edilmiş və gələcək addımlar haqqında fikir mübadiləsi aparılmışdır. Son vaxtlar enerji sektorundakı əməkdaşlığın nəticəsi olaraq ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Təkcə onu demək kifayətdir ki, təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına təchiz edilməsi, müqayisə üçün demək olar ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr olmuşdur. Bu da onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən inanılmaz dərəcədə 50 faiz artmasının və inkişaf etməsinin göstəricisidir.
Bolqarıstan eyni zamanda, qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilmişdir. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilməkdədir və şübhəsiz ki, gələcəkdə bu ölkələrin sayı daha da artacaqdır. Çünki bizim əməkdaşlığımız getdikcə konkret nəticələrlə nəticələnir. Beləliklə, əməkdaşlığın əsas məqsədi daha yaxşı nəticələr əldə etmək və eyni zamanda, energetika sahəsindəki əməkdaşlığı inkişaf etdirməkdir.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Radevə önəmli istiqamətlərdən biri olan nəqliyyatla bağlı məlumat vermişdir. Prezident qeyd etdi ki, Azərbaycanın sərmayəsi sayəsində bir neçə gün bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi tam başa çatmışdır. Onun ötürmə qabiliyyəti bir neçə dəfə artırılmışdır. Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş bu layihə Orta Dəhlizin önəmli seqmenti kimi təbii ki, mühüm rol oynayacaqdır. Həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcəkdir. Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla bu istiqamətdə çox fəal iş aparır. Beləliklə, bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin yaradılacaqdır. Artıq Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcəkdir.
Beləliklə, qeyd etmək olar ki, artıq bugünkü səfərin nəticələrindən biri odur ki, strateji tərəfdaşlığımızın artıq gücləndirilmişdir. Görüşün keçirilməsində rəhbərlərin əsas məqsədi ikitərəfli əməkdaşlığı dərinləşdirmək, yeni məzmunla zənginləşdirmək və strateji tərəfdaşlar kimi birgə səylər göstərmək idi. Prezident İlham Əliyev iki ölkə arasındakı münasibətlər haqqında demişdir:”Bolqarıstan ilə Azərbaycan strateji tərəfdaşdırlar. Biz nisbətən yaxın vaxtda müvafiq bəyannaməni imzalamışıq. Bir sözlə, bu, olduqca yüksək səviyyəli əməkdaşlıqdır. Əlbəttə, strateji əməkdaşlıq bir çox sahələri, o cümlədən enerji təhlükəsizliyini əhatə edir. Bu mövzu hazırda qlobal gündəliyin ən üstün mövzularından biridir”. Bolqarıstan Prezidenti Rumen Radevin qeyd etdiyi kimi, Azərbaycan etibarlı strateji tərəfdaşdır, dostdur.