Biz inanırıq ki, yaxın zamanda Kəlbəcər cənnətə çevriləçək

Biz inanırıq ki, yaxın zamanda Kəlbəcər cənnətə çevriləçək

Səidə İmanova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 270 saylı körpələr evi və uşaq bağçasının müdiri

Kəlbəcər  ərazisində  30  min  ildən  çox  tarixi  olan  qədim  yaşayış  məskənləri,  6 min  il yaşı  olan  qaya  təsviri,   çöp  şəkilli   qədim  türk  əlifbası  nümunələri  aşkar  edilib. Kəlbəcər  rayonu Azərbaycan   Respublikasında inzibati  ərazi  vahidi mərkəzi  Kəlbəcər  şəhəridir.  Kəlbəcər  8avqust  1930- cu  ildə   inzibati    rayon  stasusu  almışdır. 1993-cü  il  aprelin  3-də  Ermənistan   Respublikası   Silahlı  Qüvvələri  tərəfindən  işğal  edilmişdir. 10  noyabr  2020-ci  ildə  imzalanan  sülh  müqaviləsinə  əsasən  25  noyabrda   Ermənistan  Silahlı   Birləşmələri   Kəlbəcər  rayonunu  boşaldıb. Azərbaycan   Silahlı  Qüvvələrinə təhvil  verilib. Məğlubiyyətlə  barışa   bilməyən  erməni  əhalisi bölgədə  Azərbaycana  qarşı   ekoloji  terror  fəaliyyətləri  həyata  keçirmişdir.  Ərazini  tərk  edən  ermənilər  evləri  ilə  yanaşı  meşələr də  yandırmışdır.

Nəhayət  25  noyabr  2020-ci il tarixində  noyabr  ayının 10-da  imzalanmış  üçtərəfli  Bəyənata  əsasən  Kəlbəcər  rayonu   işğaldan azad  edilmiş, Azərbaycan  Respublikasının   silahlı Qüvvələri  rayona daxil  olmuş və nəzarəti  ələ  almışdır. 2021-ci  il  avqust  ayının  16-sına Azərbaycan  Respublikasının Prezidenti  İlham  Əliyev  və  birinci  xanım  Mehriban Əliyeva  Kəlbəcər  və  Lacın  rayonlarında  olublar. Dövlət  başçısı  və  birinci  xanım  Toğanlı-Kəlbəcər  avtomabil  yolu  üzərində  Murovdağında   inşa   olunacaq  11.6 kilometrlik  tunelin  təməlinin  qoyulması  mərasimində  iştirak  etdi. Ali  Baş  Komandan tunelin  təməlini  qoydu. Sonra  Prezidentimiz   Kəlbəcər  kiçik  Su Elektrik   stansiyasında   görülən  işlərlə  tanış  oldu. 110/35/10  kv-lıq  “Kəlbəcər” yarımstansiyanın  açılışında   iştirak  edən  dövlət  başçımız Azərbaycanın ümumi  enerji  sisteminə  qoşulması, bu ərazilərin  dayanıqlı  və  fasiləsiz  elektrik  enerjisi  ilə  təchiz  edilməsinə  xüsusi    diqqətlə  yanaşır. 2023-cü il  27 mayda   Prezident  İlham Əliyev Kəlbəcər  rayonuna  səfər edib. Yanşaq  və  Zallar  kəndlərinin  təməlqoyma  mərasimlərində  “Azərenerji” ASC-nin  “Qamışlı” və “Meydan” kiçik  su elektrik stansiyasının  açılışlarında iştirak  edib. Toğanlı-Kəlbəcər-istisu  avtomabili  yolunda  inşa  edilmiş   tunellərin aparılan  işlərlə  tanış  olub. Hərbi   hospitalın  açılışında, yaşayış  məhləsinin və  960  şagird  yerlik  məktəbin  təməlqoymq  mərasimlərində  iştirak  edib. Ali baş  komandan   İlham Əliyev  26  iyunda  Silahlı  Qüvvələr  günündə  Kəlbəcər  rayonunda  komando  hərbi  hissəsinin   bayrağını qəbul etdi. Kəlbəcərdə hərbi  hissədə  uzunömürlülük  rəmzi  kimi   çinar  ağaçı  əkdi. Şəhidlərin  xatirəsinə  ucaldılan  abidə  kompleksini  və  “ Dəmir  yumruq”  abidəsini  ziyarət   etdi. 

25  avqust  2023-cü ildə  Prezident  İlham Əliyev   və  birinci  xanımı  Mehriban  Əliyeva  Zar  kəndinin  təməlini   qoyub. Burda  əhalinin   məşğulluğunun  və  istirahətinin   təmin  edilməsi  üçün   hər  çür   şərait  yaradılaçaq. Evlərin  işıqlanmasında “yaşıl  enerji”dən  istifadə  olunacaq. Prezident  və  birinci  xanım  noyabr  ayının 7-də 2023-cü ildə Kəlbəcər rayonu Vəngi   kəndində   olublar. Qeyd   edək  ki, işğal  dövründə   ermənilər   növbəti  vandanlıq aktı  nümayiş  etdirərək,  azərbaycanlıların şəxsi avtomabillərinin nömrələrindən lövhə düzəltmişlər. Prezident İlham  Əliyev  lövhənin  sökülməsi  ilə bağlı tapşırıq verdi.                                                       

İşğaldan  azad  edilən  ərazilərin  yenidən  qurulması  Prezident  İlham  Əliyevin imzaladığı  “Böyük Qayidışa dair I Dövlət  Proqramı” çərçivəsində  həyata  keçirilir. Kəlbəcər   rayonunun  yenidən  qurulması,  bu  bölgəmizdə  həyatın  sürətli  qayıdışından   inkişafından  xəbər  verir. Prezidentimiz söz  sahibidir,   verdiyi  vədlərin  üstündə  durur.  44 günlük Vətən  müharibəsindən  sonra   ilk  sözləri  o olmuşdu ki,  biz  işğaldan  azad  edilmiş   ərazilərə  həyatın  və  soydaşlarımızın   qayıtmasına  çalışmalıyıq. Biz  indi  həmin  sözlərin  nəticəsini  görürük.