Biz inanırıq ki, yaxın zamanda Kəlbəcər cənnətə çevriləçək
Səidə İmanova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 270 saylı körpələr evi və uşaq bağçasının müdiri
Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsviri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Kəlbəcər rayonu Azərbaycan Respublikasında inzibati ərazi vahidi mərkəzi Kəlbəcər şəhəridir. Kəlbəcər 8avqust 1930- cu ildə inzibati rayon stasusu almışdır. 1993-cü il aprelin 3-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb. Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilib. Məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdir. Ərazini tərk edən ermənilər evləri ilə yanaşı meşələr də yandırmışdır.
Nəhayət 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyənata əsasən Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır. 2021-ci il avqust ayının 16-sına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Lacın rayonlarında olublar. Dövlət başçısı və birinci xanım Toğanlı-Kəlbəcər avtomabil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlinin qoyulması mərasimində iştirak etdi. Ali Baş Komandan tunelin təməlini qoydu. Sonra Prezidentimiz Kəlbəcər kiçik Su Elektrik stansiyasında görülən işlərlə tanış oldu. 110/35/10 kv-lıq “Kəlbəcər” yarımstansiyanın açılışında iştirak edən dövlət başçımız Azərbaycanın ümumi enerji sisteminə qoşulması, bu ərazilərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsinə xüsusi diqqətlə yanaşır. 2023-cü il 27 mayda Prezident İlham Əliyev Kəlbəcər rayonuna səfər edib. Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimlərində “Azərenerji” ASC-nin “Qamışlı” və “Meydan” kiçik su elektrik stansiyasının açılışlarında iştirak edib. Toğanlı-Kəlbəcər-istisu avtomabili yolunda inşa edilmiş tunellərin aparılan işlərlə tanış olub. Hərbi hospitalın açılışında, yaşayış məhləsinin və 960 şagird yerlik məktəbin təməlqoymq mərasimlərində iştirak edib. Ali baş komandan İlham Əliyev 26 iyunda Silahlı Qüvvələr günündə Kəlbəcər rayonunda komando hərbi hissəsinin bayrağını qəbul etdi. Kəlbəcərdə hərbi hissədə uzunömürlülük rəmzi kimi çinar ağaçı əkdi. Şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksini və “ Dəmir yumruq” abidəsini ziyarət etdi.
25 avqust 2023-cü ildə Prezident İlham Əliyev və birinci xanımı Mehriban Əliyeva Zar kəndinin təməlini qoyub. Burda əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər çür şərait yaradılaçaq. Evlərin işıqlanmasında “yaşıl enerji”dən istifadə olunacaq. Prezident və birinci xanım noyabr ayının 7-də 2023-cü ildə Kəlbəcər rayonu Vəngi kəndində olublar. Qeyd edək ki, işğal dövründə ermənilər növbəti vandanlıq aktı nümayiş etdirərək, azərbaycanlıların şəxsi avtomabillərinin nömrələrindən lövhə düzəltmişlər. Prezident İlham Əliyev lövhənin sökülməsi ilə bağlı tapşırıq verdi.
İşğaldan azad edilən ərazilərin yenidən qurulması Prezident İlham Əliyevin imzaladığı “Böyük Qayidışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Kəlbəcər rayonunun yenidən qurulması, bu bölgəmizdə həyatın sürətli qayıdışından inkişafından xəbər verir. Prezidentimiz söz sahibidir, verdiyi vədlərin üstündə durur. 44 günlük Vətən müharibəsindən sonra ilk sözləri o olmuşdu ki, biz işğaldan azad edilmiş ərazilərə həyatın və soydaşlarımızın qayıtmasına çalışmalıyıq. Biz indi həmin sözlərin nəticəsini görürük.