Biz fəxr edirik ki, İlham Əliyev kimi rəhbərimiz var
Aygün Cəfərova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu 262 saylı körpələr evi, uşaq bağçasının müdiri
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonun səfər ediblər. Cənab Prezident Füzuli rayonunun Qaraxanbəyli kəndində şəhidlərimizin anım günü ilə bağlı çıxış edib. Vətən müharibəsində ilk şəhidlərin verildiyi və 44 günlük müharibənin başlandığı Qaraxanbəyli kəndinin yaxınlığında şəhidlərimizin şərəfinə abidə ucaldılıb.
Bu müqəddəs gün cənab Prezident çıxışında bildirdi ki, 44 gün ərzində Azərbaycan Ordusu hərgün irəliyə gedib. Hər bir Azərbaycan əsgəri fəxr edir ki, bu torpağın övladıdır. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir.Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında ucaldılan qaya parçası şəhidlərimizin xatirəsinə aiddir.Anım gününü müharibənin başladığı Füzuli rayonunda vətəndaşlarla görüşən Prezident qeyd etdi ki, biz öz şəhidlərimizlə fəxr edirik Azərbaycan əsgər və zabitləri Qaraxanbəyli kəndində olan, müdafiyə xətlərini yarmaq üçün öz canlarından keçib və bayrağımızı Şuşada dalğalandırıblar.
Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 sentyabr- Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Biz də Azərbaycan vətəndaşı olaraq, vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhları qarşısında baş əyirik və qazilərimizə Allahdan cansağlığı diləyirik. Cənab Prezident, biz də Azərbaycan vətəndaşı olaraq, bizə bu qələbə sevincini yaşatdığınız üçün sizə təşəkkürümüzü bildiririk və sizinlə fəxr edirik ki, bizim sizin kimi Prezidentimiz var.