Biz ermənilərdən fərqli olaraq hər hansı hərbi cinayət törətmədik
Gülfirə Mehrəliyeva
YAP Suraxanı rayon təşkilatının könüllüsü
Suraxanı rayonu 172 nömrəli tam orta məktəbin müəllimi
Tarixə nəzər salsaq görərik ki, ermənilərin türk xalqlarına qarşı törətdiyi düşmənçiliyin 200 ildən artıq yaşı var. Mən bir müəllim olaraq şagirdlərimə tədris etdiyim fənlə yanaşı, onların milli-vətənpərvərlik ruhunda böyüməsi üçün çalışıram. Biz xalq olaraq öz tariximizi bilməliyik. Keçmişini unudan xalqın gələcəyi olmaz.
Erməni daşnaqlarının xalqımızın başına gətirdiyi müsibətlər, törətdiyi cinayətləri unutmamalı və unutdurmamalıyıq. 1918-ci ildə xalqımıza qarşı törədilmiş “31 Mart soyqırımı”, 1992-ci il 26 Fevral “Xocalı soyqırımı”nı araşdırsaq, görərik ki, ermənilərin məkirli siyasətinin tarix boyu yalnız bir məqsədi olub ki, o da öz işğalçılıq siyasətini həyata keçirməkdir.
Ümumiyyətlə dünya tarixində çox müharibələr, münaqişələr baş vermişdir. Amma son 100 ildə “Xocalı soyqırımı” dünya tarixinə müharibə cinayətləri ilə öz damğasını vurdu. Xalqımız qəhrəman oğul və qızları ilə seçilir. Bu öz yerində. Müharibə zamanı dinc əhaliyə atəş açmaq, dinc əhaliyə qarşı qadağan olunmuş sillahlardan istifadə etmək müharibə cinayətləridir. Hələ bu məsələnin digər tərəfi də var. Dinc əhalini qış günü üzərinə silahlı dəstələr göndərməklə evlərindən çıxarmaq, qoca, cavan, uşaq demədən başlarına olmazın fəlakətləri gətirmək.
Xocalıda soydaşlarımızın başına gətirilən müsibətləri oxuduqca bunu törədənlərin övladlarının da özləri kimi tərbiyə aldığını və onların da bu cür cinayətlər törədəcək ruhda olduğunu anlamaq çətin deyil. Düşünürəm ki, bu əsrimizdə baş verən ən qatı cinayətdir.
Xalqımız müharibədə amansızlıqla öldürülən dinc əhalini, şəhid olan soydaşlarımızı unutmur, hər il onların əziz xatirəsi ehtiramla yad edilir. Doğrusu, bizim xalq olaraq milli-mənəvi dəyərlərimiz bizə insan sevgisini aşılayır. Amma mən düşünürəm ki, ermənilərə qarşı heç vaxt ehtiyatsız davranmaq olmaz. Biz özümüzdən sonrakı nəslin bu cinayətləri unutmaması üçün onları düzgün tərbiyə etməliyik. Gələcək nəsilə vətən sevgisini aşılamaqla yanaşı, onlara düşmənlərimizin törətdiyi cinayətləri danışmaqla düüşmənini tanıtmalıyıq. Bu, bizim vətəndaşlıq borcumuzdur.
"Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda Prezident cənab İlham Əliyev məhz bu məqamlarla görüş iştirakçılarının diqqətini cəlb etmişdir.