Yaşasın Qalib Ölkə, Qalib Xalq, Qalib Lider və Qalib Gənlik! 

Yaşasın Qalib Ölkə, Qalib Xalq, Qalib Lider və Qalib Gənlik! 

Yusif Quliyev

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi

Müstəqil Azərbaycanın gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider aydın strategiya ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı.

2003-cü ildən sonrakı dövrdə isə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi.

Bu gün Azərbaycan təbii ki, inamla irəliyə addımlayan ölkə, qarşısındakı əsas vəzifələri həll etmiş  ölkədir!  Biz haqlı olaraq fəxr etməliyik ki, Azərbaycan vətəndaşı və gəncləriyik. Öz gələcək həyatımızı düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıyıq. Əziz gənc dostlarım bizim üçün yaradılmış imkanlar daha geniş və qabaqcıldır.

Əziz  gənclər,  gəlin  bu imkanlardan istifadə edək. 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir. Bu münasibətlə bütün Azərbaycan gənclərini ürəkdən təbrik edirəm. 
Yaşasın Qalib Ölkə , Qalib Xalq, Qalib Lider və Qalib Gənlik!