Şahvələd Əhmədov
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu,285 nömrəli tam orta məktəbin müəllimi
Birinci Qarabağ müharibəsi dövründə havadarlarına arxalanan erməni faşistləri 1993-cü il 23 avqustda Azərbaycanın dilbər güşələrindən biri olan Füzuli şəhəri və ətraf kəndləri işğal etdi. Sonraki illərdə ermənilər rayonun tarix mədəniyyət abidələrini yerlə yeksən etdilər. Döyuşlərdə Füzulinin işğalı zamanı 663 şəhid 182 nəfər əsir götürülmüşdür. Hələ 1827-ci ildə Füzulinin əsası qoyulmuşdur, 1930-cu ildə rayon statusu almışdır. 1959-cu ilə qədər Qaryagin dahi şair Məhəmməd Füzulinin 400 illiyinə görə Füzuli adlandırıldı.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə 1994-ci il 5 yanvar tarixində silahlı qüvvələrimiz Füzuli şəhəri və 21 yaşayış məntəqəsi işğaldan azad oldu. 2020-ci il 27 sentyabrda başlanan 2-ci Qarabağ müharibəsi ilə işğal altında olan bütün torpaqlar o cümlədən Füzuli şəhəri 17 oktyabr 2020-ci ildə işğaldan azad edildi. Vətən müharibəsi dövründə aparılan ağır döyüşlərdən biri də Füzuli uğrunda gedən döyüşlər idi. Ermənilərin bir neçə təmas xəttinin yarılması müharibədə strateji üstünlük yaratdı.
Uzun illər ərzində ermənilər burada alınmaz istehkam yaratmışdır. Hərbi mütəxəssislər belə hesab edirdi ki, Füzulini almağa bir necə ay lazım olacaq. Azərbaycanın hərbi texnikaya, döyüş təcrübəsinə malik ordusu, xüsusən əsgərlərimizin vətən sevgisi, intiqam hissi, erməni və havadarlarının məğlub edilməməzliyini məhv etdi. Dünya hərbi tarixində ordumuz yeni səhifələr yazdı. Onlar az vaxtda, az itki ilə böyük qələbəyə nail oldu. 25325 hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalına layiq görüldü. Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə 17 oktyabr “Füzuli şəhəri günü” müəyyən edildi.