Bir yumruq kimi birləşən Azərbaycan xalqı tarixi missiyasını yerinə yetirdi.
Ruzilə Möhbalıyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 208 nömrəli tam orta məktəbin direktor müavini
Şuşa şəhərində Zəfər günü münasibətilə keçirilən tədbirdə prezident cənab İlham Əliyev öz çıxışını 2020-ci il sentyabr ayında başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrin şanlı tarix yazması və “Alınmaz qala” adlandırılan Şuşanın işğaldan azad edilməsini vurğulamaqla başladı. Xalqımızın, gələcək nəsillərin hər zaman bu şanlı və unudulmaz tarixi həmişə xatırlayacağını qeyd etdi.
Şanlı tariximizin yazıldığı vaxtda bir çox müsahibələr verən, müharibənin gedişatı ilə bağlı bəzi məqamları açıqlayan prezidentimiz bir neçə dəfə Şuşasız qələbəmizin yarımçıq olacağını demişdir. Azərbaycan xalqının ürəyi, canı, hər bir azərbaycanlı üçün müqəddəs yer olan Şuşanı azad etmək müharibənin son məqsədi olduğunu hər bir kəs anladı.
Qəhrəman övladlarımızın dağlardan, meşələrdən, dərələrdən, cığırlardan keçdiyi, qanlı döyüşlərdə düşməni məğlub etdiyi, cəmi iki ilə çəkilən və Zəfər yolu adlandırılan yol ilə Şuşaya yaxınlaşarkən hər kəs hərbçilərimizin qəhrəmanlığını, fədakarlığını, peşəkarlığını görür. Sıldırım qayaları dırmaşan, yüngül silahlar ilə küçə döyüşləri, şəhər döyüşləri, əlbəyaxa döyüşlər zamanı düşməni məğlub edərək topraqlarımızdan qovan və 3rəngli şanlı bayrağımızı Şuşada dalğalandıran hərbçilərimizin qəhrəmanlığı hər kəsə aydındır.
Dünya hərb tarixindən bilinən manevrlər, geriyə addımlar və gözlənilməz hadisələr 27 sentyabr tarixində başlayan bu yolda baş vermədi və müharibənin son gününə qədər Azərbaycan Silahlı Qüvvələri geri addım atmadan yalnız irəli gedirdi. Vətən sevgisi, güclü iradə, hərbçilərimizin peşəkarlığı bizi Qələbəyə apardı. 44 gün irəli gedərək Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edilmişdir. “Öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedən qəhrəman xalqımız və Qarabağı, Zəngəzuru heç vaxt görməyən, televiziyalarda, fotoşəkillərdə, valideynlərin, böyüklərin söhbətlərində bu müqəddəs torpağa yaxınlan gənc nəsil xalqımızın tarixi missiyasını şərəflə yerinə yetirdilər. Müharibənin ilk günlərindən təşviş içində olan, panikaya qapılan Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur.
Keşməkeşli və çətin olan bu yolda Birinci Qarabağ müharibəsindəki labüd olan məğlubiyyət, o vaxt antimilli ünsürlər, hakimiyyət uğrunda mübarizə xalqımızı mənəvi cəhətdən sarsıtmışdır. İşğal dövründə Ermənistanın rəsmi təbliğatı, onların havadarlarının media resursları bir fikri bütün dünyaya, eyni zamanda, Azərbaycan xalqına bildirməyə çalışırdı ki, Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt müharibə yolu ilə bərpa edə bilməz. Beynəlxalq qurumların nümayəndələrinin, bu məsələ ilə məşğul olan ölkələrin vəzifəli şəxslərinin çıxışlarına baxmaq kifayətdir. Onlar bizi məsələni hərbi yolla həll etməkdən çəkindirməyə çalışırdılar.
Məsələ sülh yolu ilə həll olunmasına çalışan biz, görürdük ki, danışıqlar taktikası məsələnin dondurulmasına aparır. Bir yumruq kimi birləşərən Azərbaycan xalqı tarixi missiyasını yerinə yetirdi. Bir çox istiqamətlərdən keçərək güclü iqtisadiyyatı olan dövlətimiz ordumuzu lazımi silahlar və texnika ilə təchiz etdik. Daim güclənən iqtisadiyyatımızla, biz öz hesabımıza yaşayırıq, heç kimin yardımına ehtiyacımız yoxdur, heç kimdən asılı deyilik, özümüz imkan daxilində öz həyatımızı qururuq və yaxşı da qururuq.
Ermənistanın işğalçılıq siyasətini ifşa etməklə bütün dünyaya sübut etməli idik ki, biz haqlıyıq, haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir. Ona görə beynəlxalq müstəvidə çox fəal iş aparırdıq. Aparıcı beynəlxalq təşkilatlar – BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası bizim mövqeyimizi dəstəkləyən, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul etmişdir. 44 gün ərzində müharibə ilə bağlı beynəlxalq müsbət yanaşma göstərir ki, biz Qarabağ həqiqətlərini, erməni işğalı ilə bağlı həqiqətləri dünya birliyinə çatdırdıq.
Müharibədə uğur qazanmaq üçün çox önəmli layihələri icra edərək həm ölkəmizə, həm də bizim tərəfdaşlarımıza nə qədər böyük fayda gətirdik. Bizim təşəbbüsümüzlə nəqliyyat və enerji layihələrində iştirak edən ölkələrin sayı onlarla ölçülür. Əlavə maliyyə imkanlarını hərbi potensialın gücləndirilməsinə yönəltdik, başqa xəcrlərin olmasına baxmayaraq birinci yerdə hərbi xərclərdir. Bir milyona yaxın məcburi köçkünün də problemlərini biz həll edirdik, onları da biz yeni evlərlə təmin edirdik. Sosial problem, maaşlar, pensiyalar, bunları da biz artırmalı idik və artırırdıq. Daha çox artırmaq istəyirdik və istəyirik.
Ancaq, ilk növbədə, orduya, ilk növbədə, Qələbəyə aparan yola daha böyük maliyyə dəstəyi verirdik. Bu gün də belədir. Gələn il üçün Azərbaycanın dövlət büdcəsi rekord həddə çatıb, o cümlədən hərbi xərclərə ayrılacaq vəsait də rekord həddə çatıb. Müharibə arxada qalsa da, müharibənin nəticələri ilə barışmaq istəməyən Ermənistanda revanşist qüvvələr baş qaldırır və 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmir, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizini bizə təqdim etməyib, bizə qarşı vaxtaşırı hərbi təxribatlar törədir. Əlbəttə ki, biz hazırlıqlı olmalıyıq və biz hazırıq.
Ermənistan bizə qarşı növbəti hərbi təxribat 13-14 sentyabr hadisələri törətmişdir. Cavabımız bir qədər az da ola bilərdi, əgər onlar öz üzərilərinə götürdükləri öhdəliklərə əməl etsəydilər. Cavabımız daha sərt ola bilərdi, əgər biz yeni müharibə istəsəydik. Biz ədalətli sülh istəyirik, biz müharibə istəmirik. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər. Bizim bir mənbəyimiz var - həm bizim güclü iradəmiz, həm də Vətən müharibəsindəki Qələbəmiz! Bu Qələbə imkan verir ki, biz bu sözləri hamının üzünə, bizə xor baxanların gözünə deyək. Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik.