Beynəlxalq birlik Azərbaycana böyük hörmətlə, böyük inamla yanaşır
Sahibə Hüseynova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
"Buta" körpələr evi, uşaq bağçasının müdiri
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcudur. Azərbaycan daim beynəlxalq miqyasda cərəyan edən proseslərə öz müsbət təsirini göstərməyə çalışır. Məlumdur ki, respublikamız qlobal miqyasda sülhyaratma missiyalarında, terrorizma qarşı birgə mübarizə tədbirlərində fəal şəkildə iştirak edir. Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycan özünün əlverişli coğrafi mövqeyindən bəhrələnməklə daim yeni qarşılıqlı faydalı əməkdaşlıq təşəbbüsləri irəli sürür.
Son illərdə Azərbaycanın humanitar və mədəniyyətlərarası dialoq forumlarına beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi etməsi bir ənənə halını alıb. Bütün bunlar beynəlxalq səviyyədə respublikamıza olan yüksək inamın təzahürüdür. Təsadüf deyil ki, qlobal miqyasda Azırbaycanın dostlarının sayı getdikcə artır və ölkəmizin dünyanın əksər dövlətləri ilə diplomatik münasibətləri ,iqtisadi-ticarət əlaqələri yüksələn xətlə inkişaf edir.
Respublikamızın qısa müstəqillik tarixində 155 dövlətin dəstəyini qazanaraq BMT-nin TŞ –nin qeyri-daimi üzvü seçilməsi son dərəcə qürurverici haldır. “Aparılan uğurlu xarici siyasət nəticəsində Azərbaycan, demək olar ki,bütün ölkələrlə ,bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar,bərabərhüquqlu münasibətlər qura bilmişdir.Beləliklə,ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit movcuddur”- deyə Prezident İlham Əliyev öz çıxışlarında qürurla qeyd edir.
Prezident İlham Əliyevin beynəlxalq birlik Azərbaycana böyük hörmətlə, böyük inamla yanaşır və Azərbaycanda geden demokratik proseslər dünya birliyi, dünyanın aparıcı dövlətləri tərəfindən yüksək qiymətləndirilir kimi fikirləri əslində inkişafımızın mahiyyətini ortaya qoyur.
Biz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli xarici siyasəti bəyənir, dəstəkləyir və sizinlə qürur duyuruq.