“BakuBus” MMC-nin yaradılmasının 10 illik yubileyi münasibətilə görüş keçirilib

“BakuBus” MMC-nin yaradılmasının 10 illik yubileyi münasibətilə görüş keçirilib

“BakuBus” MMC-də çalışan bir qrup YAP üzvü olan əməkdaşla “BakuBus” MMC-nin yaradılmasının 10 illik yubileyi münasibətilə görüş keçirilib. Görüşdə “BakuBus” MMC-nin idarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Hikmət Qəribov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və sədr müavini Salman Əbdülov iştirak ediblər.

Yığıncağı giriş sözü ilə açan “BakuBus” MMC-nin idarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Hikmət Qəribov qonaqları salamlayaraq əməkdaşları “BakuBus” MMC-nin yaradılmasının 10 illik yubileyi münasibətilə təbrik edərək dedi ki, Yeni Azərbaycan Partiyasının ölkə miqyasında fəaliyyəti dövlətimizin inkişafına səbəb olmuşdur. YAP-ın sədri, ölkə Prezidentinin Müzəffər Ali Baş Komandan kimi torpaqlarımızın işğaldan azad edilməsində oynadığı müstəsna rol partiyanın nüfuzunu daha da artırmışdır.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov da öz növbəsində  görüş iştirakçılarını “BakuBus” MMC-nin yaradılmasının 10 illik yubileyi münasibətilə təbrik edərək dedi ki,  “BakuBus” MMC-də fəaliyyət göstərən əməkdaşların hər biri mütərəqqi fəaliyyətləri ilə yalnız Bakı şəhərinin nəqliyyatının inkişafına deyil, həm də Suraxanı rayonunun ictimai-siyasi həyatına öz töhfələrini verir.

Sonda “BakuBus” MMC-də fəaliyyət göstərən bir qrup YAP üzvünə YAP Suraxanı rayon təşkilatının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif olunub.