Bakı-Şuşa- Bakı marşurutu üzrə bu gün ilk sərnişin avtobusu yola düşüb

Bakı-Şuşa- Bakı marşurutu üzrə bu gün ilk sərnişin avtobusu yola düşüb
İlk sərnişin marşrutu Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən 06:30-da Şuşa istiqamətinə hərəkətə başlayıb. İlk olaraq Şuşaya 2 marşrut avtobusu xəttə buraxılıb.
Şuşa ilə yanaşı, bu gündən Bakı-Ağdam-Bakı marşrutları da start götürüb. Xatırladaq ki, Bakıdan azad olunan ərazilərə avtobus reysləri həftə ərzində cədvəl üzrə hərəkət edəcək.