Bakı Enerji Həftəsini dünyanın 100-ə yaxın informasiya kanalı izləyib
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirak edib.
İyun ayının 4-də aşılışı baş tutmuş Bakı enerji həftəsi iyun ayının 6-na qədər davam edib. Bu mötəbər tədbirdə 30-dan çox ölkədən 300 şirkət bir araya gəlib. Tədbiri dünyanın 100-ə yaxın informasiya kanalları izləyib
Bütün bunlar isə ondan xəbər verir ki, tədbir kifayət qədər böyük iştirakçı ordusunu və coğrafi baxımdan geniş regionu əhatə edir. Ən əsası, Azərbaycanın enerji imkanlarının yenidən təqdim olunması və xüsusən regionun eləcə də Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın rolunun artmasını şərtləndirən faktorlar baxımından da bu tədbir çox vacibdir.
Bu tədbir eyni zamanda, yaşıl enerji sahəsində potensialın qiymətləndirilməsi və yeni əməkdaşlıq imkanlarının tapılmasına xidmət edəcək. Bakı Enerji Həftəsi fərqli dövlət və hökumət rəsmiləri, beyin mərkəzlərinin əməkdaşlarının bir araya gəlməsinə və qlobal enerji məsələlərinin müzakirəsinə imkan yaradır. Bu da nəticə etibarı ilə həm enerji sahəsində dövlət - özəl sektor əməkdaşlığının gücləndirilməsi, yeni ideyaların müzakirə olunması və bu sahədə real, perspektivə hesablanan addımların atılmasına gətirib çıxarır.
Açılış mərasimində Azərbaycan Prezidenti də çıxış edib. Çıxışı zamanı ölkə başçısı Azərbaycan anoloji və alternativ enerji imkanlarından danışıb. Bildirib ki, sərgidə Azərbaycanın enerji siyasətinin bütün seqmentləri əhatəli şəkildə təqdim edilir. Azərbaycanın dövlət başçısı çıxışında iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacağını, həmçinin qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də əlamətdar olduğunu deyib. O əlavə edib ki, bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir.
Azərbaycan Prezidenti enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsi olduğunu, idxaldan asılı olan ölkələrin ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtardığını, Azərbaycanın simasında məhz bunu əldə etdiklərini bildirib. O vurğulayıb: “Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik”.
İlham Əliyev qeyd edib ki, COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcək ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaq.