Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Suraxanı, Hovsan və Qaraçuxur qəsəbələrində səyyar görüşlər davam edir
11 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonu Yeni Suraxanı, Hövsan və Qaraçuxur bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə səyyar görüşləri keçirilib.
Seçicilərlə səyyar görüşlər Yeni Suraxanı qəsəbəsi Vahid Xəlilov küçəsi 24 ünvanında namizəd Fuad Rəhimovun, Hövsan qəsəbəsi, Zeytun Sovxozu N-1, İbiş Məmmədov küçəsi ünvanında namizəd Seymur Rəsulovun, Qaraçuxur qəsəbəsi, Binə Çörək Zavodu ərazisində və Cəlal Qurbanov küçəsi, 91 və 93 saylı binaların qarşısında namizəd İxtiyar Nəcəfovun iştirakı ilə keçirilmişdir.
Hər iki görüşdə YAP-ın namizədləri partiyanın seçki proqramları ilə seçiciləri tanış etmiş və gələcək planları haqqında geniş məlumat vermişlər.
Səyyar görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcələrini vurğulayıblar.