Bələdiyyələrin fəaliyyətini gücləndirmək və səlahiyyətlərini genişləndirmək istiqamətində vacib qərarlar qəbul olunmuşdu

24.01.2025-ci il tarixdə Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonu Qaraçuxur bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov bildirdi ki, Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilmişdir. Yerli özünüidarəetmə institutunun önəmini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev seçkilərin şəffaf, mütəşəkkil keçiriləsinin təmin olunmasını şəxsi nəzarətində saxlayaraq seçki öncəsi xalqa müraciətində vətəndaşları seçkilərdə fəal iştirak etməyə çağırıb.
Daha sonra çıxış edən Suraxanı rayonu Qaraçuxur bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri Kənan Qasımlı, İxdiyar Nəcəfov, Arif Şahmuradov, Uğur Əliyev,Vurğun Əliyev, Lamiə İbrahimova, Jalə Qibləliyeva, Mirvari Quliyeva, İlham Mirzəyev, Aytən Novruzova, Aytən Paşayeva, Rəşad Rzayev və başqaları vurğuladılar ki, son vaxtlar bələdiyyələrin fəaliyyətini gücləndirmək və onların səlahiyyətlərini genişləndirmək istiqamətində bir sıra vacib qərarlar qəbul olunmuşdur. Bu qərarlar həm bələdiyyələrin iqtisadi resurslarının artırılmasını, həm də onların yerli idarəçilikdə daha fəal rol oynamasını təmin etməyə yönəlib.
24.01.2025-ci il tarixdə eyni zamanda da bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonu Bülbülə və Hövsan bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə səyyar görüşləri keçirilib.
Seçicilərlə səyyar görüşlər Bülbülə qəsəbəsi, Çingiz Nəsirov və Nəriman Nərimanov küçələrində namizəd Rəşad Nəsimanovun, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində isə namizəd Məzahir Əhmədlinin ilə keçirilmişdir.
YAP-ın namizədlərinə böyük maraqla müşahidə olunan səyyar görüşlərdə sakinləri maraqlandıran məsələlər müzakirə olunmuşdur. Görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.