Azәrbaycan Qarabağ vә Şərqi Zәngәzuru yenidәn qurur

Azәrbaycan Qarabağ vә Şərqi Zәngәzuru yenidәn qurur

Könül Bәdәlova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu  281 nömrəli tam orta mәktәbin müəllimi

Möhtәşәm qәlәbәmizdәn sonra Azәrbaycan xalqı hazırda tarixi әdalәtin bәrqәrar olduğu, xalqımızın qürur mәnbәyinin güclәndiyi bir dövrdә yaşayır. Düşmәnin 30 ildә xarabalığa çevirdiyi Qarabağ vә Şәrqi Zәngәzuru yenidәn quran Prezident İlham Әliyevin doğma torpaqlarımızda hәyata keçirdiyi misli görünmәmiş quruculuq işlәri Azәrbaycanın qüdrәtinin göstәricisidir. Ölkәmiz işğaldan azad edilәn әrazilәri tәkbaşına,
heç bir beynәlxalq maliyyә qurumundan, dövlətdən yardım almadan qurur, bәrpa edir. Azәrbaycan öz imkanları hesabına şәhәrlәr salır, kәndlәr tikir. Şuşa Su Elektrik stansiyasının, Gülәbird Su Elektrik stansiyasının, 7 yarımstansiyanın, Bülbülün ev muzeyinin , M.P.Vaqifin mәqbәrәsinin, “Xarıbülbül” vә “Qarabağ” hotellәrinin açılışları bir daha sübut etdi ki, işğaldan azad olunan әrazilәrin bәrpası hәr sahәdә diqqәt
mәrkәzindәdir.

Prezident İlham Әliyevin 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışında dediyi kimi tәdbirlәr, bәrpa işlәri kompleks şәklindә hәyata keçirilir. Qarabağ vә Şәrqi Zәngәzur bölgәsinin nәqliyyat vә
infrastrukturunun bәrpasına da xeyli vәsait ayrılıb. “Zәfәr yolu”, Füzuli Beynәlxalq Hava limanının nәhәng vә möhtәşәm layihәlәrin başa çatması dövlәtimizin gücünün göstәricisidir. 60 km lik Horadiz, Ağbәnd dәmiryolu artıq hazırdır. Zәngilan Beynәlxalq Hava limanının bu il istifadәyә verilmәsi planlaşdırılır. Saymaqla bitmәyәn görülәn işlәr, hәyata keçirilәn tәdbirlәr bir daha demәyә әsas verir ki, bu mәqsәdlә qәbul edilmiş
proqram uğurla icra edilir.

İnanırıq ki, Ali Baş Komandanın güclü siyasәti vә vәtәnpәrvәr igidlәrin şücaәti ilә bu gün işğaldan azad olunmuş Qarabağ, Şərqi Zəngəzur kimi Qərbi Zәngәzura vətəndaşlarımız gedəcəkdir. Axı Qarabağ kimi Zәngәzur da öz әbәdi sakinlәrinin yolunu sәbrsizliklә gözlәyir.