Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub ticarət marşrutlarındakı əhəmiyyəti
Şəfa Yusubova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
15 saylı Birləşmiş Şəhər Xəstəxanası həkim-terapevti
İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib. Bu zirvədə Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevdə Xəzər dənizində olan sülh, əminamanlıq və ekoloji vəziyyət ilə bağlı öz fikirlərini ifadə edib.
Azərbaycan Prezidenti 2018-ci ildə Aktuada imzalanmış Xəzər Dənizinin hüquqi statusuna dair konvensiyanın önəmini birdaha vurğulayıb. O bu konvensiyanın Xəzərdə dövlətlərin qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına daha təsirli tədbirlər üçün möhkəm hüquqi zəmin yaradacağını deyib.
İlham Əliyev eyni zamanda Xəzər Dənizində suyun bioloji ehtiyyatlarının qorunması,ekoloji problemlərin həllində Azərbaycanın üzərinə düşən hərşeyi etməyə hazır olduğunu və eyni zamanda həll edici rol oynadığını bildirib. Ölkəmizdə bu yöndə araşdırmaların aparıldığını və dayazlaşmanın qarşısı alınma tədbirləri üçün ekspert qruplarının fəaliyyət göstərdiyini açıqlayıb.
Prezidentimiz Aşqabaddakı Zirvədə Azərbaycanın Xəzəryanı Dövlətlərdə, Şərq-Qərb və Şimal-Cənub ticarət marşrutlarındakı önəmindən danışıb. O bildiribki Xəzər dənizində yükdaşıma hər il artır və Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına olan lahiyyələrın həyata keçirilməsində şərait yaradacaq. Eyni zamanda hal hazırda fəaliyyət göstərən lahiyyələrdən biridə Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanıdır , hansı ki buraya gələn transit yüklərin həcmi günü gündən artır.
Ümumilikdə Cənab İlham Əliyev Xəzəryanı dövlətləri qarşılıqlı ticarətə, əməkdaşlığa və hal hazırda mövcüd olan sülhü qoruyub saxlamağa çağırıb və bununlıa bağlı addımların dəstəkçisi olduğunu bildirib.