Azərbaycanın mövqeyi müstəqil siyasət yürütdüyünü nümayiş etdirir və özünə dünyada nüfuz qazandırır

Günel Rəhimova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu , 84 nömrəli tam orta məktəbin müəllimi
9 aprel 2025- ci ildə ADA Universitetində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı çıxışında son illərdə əldə olunan uğurlardan və gələcək perspektivlərdən geniş söhbət açıb. Bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən , yeni və uğurlu təşəbbüslərlə çıxış edən , beynəlxaq aləmdə öz sözünü deyən ölkəyə çevrilib . Azərbaycanın artıq beynəlxalq tədbirlərə evsahibliyi etmək sahəsində böyük təcrübəsi var və bu da ölkəmizə yetərincə müsbət imic qazandırıb .
Ölkəmizin mövqeyi hər zaman bir olub – dövlətlərin suverenliyinə , müstəqilliyinə xələl gətirəcək siyasətdən imtina edilməli , bir – birinin işlərinə qarışmamaq , müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək siyasəti əsas götürülməlidir . Azərbaycanın bu mövqeyi müstəqil siyasət yürütdüyünü nümayiş etdirir və özünə dünyada nüfuz qazandırır .
Azərbaycan bu gün regionda “yaşıl” enerji lideri kimi , bir sıra dövlətlərlə sıx əməkdaşlıq edir . Onlardan biri də Çindir . Prezident İlham Əliyevin forumda respublikamızın bu ölkə şirkətləri ilə sözügedən istiqamətdə fəal əməkdaşlıq qurması barədə fikirləri də diqqət çəkir : “ Biz hazırda Çin şirkətləri ilə fəal işləyərik və onları müxtəlif sahələrdə , xüsusilə “ yaşıl” enerji sahəsində bizimlə strateji tərəfdaş olmağa dəvət edirik . Onların şirkətləri “ yaşıl” ictimai nəqliyyat vasitələrinin istehsalında bizim tərəfdaşdırlar . Artıq bu il yeni avtobuslar istifadəyə veriləcəkdir və Günəş panelləri də Azərbaycanda quraşdırılır, onlar Çin istehsalıdır . Eyni zamanda , biz bəzi Çin şirkətləri ilə də danışıqlar aparırıq ki , bilavasitə “ yaşıl” enerji sahəsinə yatırımlar qoyulsun” . Çin şirkətlərinin ölkəmizə olan böyük marağı təsadüfi deyil . Çünki son illər ərzində Azərbaycan resursdan asılı iqtisadiyyatdan innovasiya , sahibkarlıq və biliyə əsaslanan sanaye üzərində inkişaf edən iqtisadiyyata uğurla keçid edib .
Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə yaxın əməkdaşlıq etdiyi İsrail arasındakı əlaqələrin yenidən müsbət dinamika ilə inkişafı , əlaqələrin bərpası və bu münasibətlərin yeni bir formatda – Azərbaycan – Türkiyə - İsrail triosu olaraq qurulması , geniş bir coğrafiyada – Aralıq dənizi , Orta Şərq və Cənubi Qafqaz bölgəsinin siyasi mənzərəsinə mühüm çalarlar əlavə edər . Bu reallıqların formalaşmasına , yeni bir siyasi düzənin yaranmasına və iqtisadi inkişafın növbəti mərhələsinin başlanğıcına zəmin yaradardı . İsrail və Türkiyə arasındakı münasibətlərin bərpası və daha geniş , həm siyasi , həm hərbi , həm də iqtisadi üçtərəfli çoxşaxəli əlaqələrin qurulması, bu üç dövlətin inkişafına impuls verərdi .
Azərbaycan uzun müddət ərzində həm Türkiyə , həm İsrail kimi regional güclərlə sıx əlaqələr qurmağı bacaran unikal ölkə olaraq , bu mürəkkəb prseslərdə tərəfsiz mövqe sərgiləməyə , hər iki tərəflə strateji tərəfdaşlığı qorumğa və yenidən vasitəçi rolunu üzərinə götürməyə hazır olduğunu nümayiş etdirir.