Azərbaycanı və Özbəkistanı qədim tarixi köklər birləşdirir

Azərbaycanı və Özbəkistanı qədim tarixi köklər birləşdirir
Əlixan Əliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı RİHB-nın Əmircan QİƏD üzrə nümayəndəsi
Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişafında məhz dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyət kəsb edir. Buna əsaslanaraq, Özbəkistanın mərhum Prezidenti İslam Kərimovun 1996-cı ilin mayın 26-27-də ölkəmizə ilk rəsmi səfəri böyük önəm daşıyır. İkitərəfli dostluq və anlaşma şəraittində keçən səfər zamanı 2 dövlət arasında 18 sazişdən ibarət sənədlər paketi, həmçinin “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb.
Ulu öndər Heydər Əliyevin 1997-ci il iyun ayının 18-19-da Özbəkistana rəsmi səfəri isə iki dövlət arasında münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirilir. Qeyd olunan səfər zamanı Daşkənddə ölkələrimiz arasında 19 sənəd imzalanmışdır. Bu sənədlər sırasında “Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə” böyük əhəmiyyətə malikdir. Bütün bunlar iki dövlət arasında uğurlu əməkdaşlıq üçün möhkəm təmələ malik hüquq-müqavilə bazasına təkan verib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü ilin martın 23-24-də Özbəkistana dövlət səfəri zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanmışdır. Strateji münasibətlərin əsasını qoyan bu sənəddə qeyd olunur ki, tərəflər keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına və Birləşmiş Millətlər Təşkilatının Təhlükəszlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə tam şəkildə dəstək olurlar.
Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə daxil olur, çünki bu münasibətlətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla inkişaf və davam etdirilir.