Azərbaycan–Çexiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə daxil olur  

Azərbaycan–Çexiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə daxil olur   

Gülnarə Vəliyeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi dərnək rəhbəri

Azərbaycan və Çexiya arasında baş tutan bu görüş məhz belə bir funksional xarakter daşıyır. Danışıqların gündəliyində regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, enerji siyasəti və qlobal çağırışlara münasibət kimi məsələlərin yer alması tərəflərin münasibətlərə kompleks və sistemli yanaşdığını göstərir. Siyasi dialoq yalnız diplomatik protokol elementi deyil, dövlətlərin qarşılıqlı maraqlarının uzlaşdırılması, risklərin minimallaşdırılması və ortaq strateji gündəliyin formalaşdırılması üçün əsas alət kimi qiymətləndirilir.

Bakıda keçirilən görüş də bu baxımdan ikitərəfli münasibətlərin institusional çərçivəsini daha da möhkəmləndirən və strateji tərəfdaşlığa keçidi şərtləndirən mühüm mərhələ kimi çıxış edir. Liderlərarası birbaşa dialoq müasir diplomatiyanın ən effektiv formalarından biri hesab olunur. Bu cür dialoq formatı vasitəçi mexanizmlərin yaratdığı informasiya itkilərini aradan qaldırır, qərarların qəbulunu sürətləndirir və qarşılıqlı etimad mühitini gücləndirir.

Ilk görüş olmasına rəğmən tərəflər arasında açıq, konstruktiv və çoxtərəfli müzakirələrin aparılması siyasi dialoqun formal çərçivədən çıxaraq strateji məzmun kəsb etdiyini nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyev ilə Çexiya Respublikasının baş naziri Andrey Babiş arasında baş tutmuş görüş Azərbaycan–Çexiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu göstərən mühüm siyasi hadisə kimi dəyərləndirilə bilər.

Azərbaycan ilə Çexiya arasında yaranan fəal siyasi dialoq təkcə cari əməkdaşlıq gündəliyinin deyil, həm də uzunmüddətli strateji tərəfdaşlığın formalaşmasına xidmət edən fundamental amil kimi çıxış edir. Bu dialoq gələcəkdə iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi və regional sabitlik kimi sahələrdə daha dərin və institusional əməkdaşlığın əsasını qoyur.

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin inkişaf dinamikası təkcə institusional mexanizmlərlə deyil. Liderlərarası ünsiyyətin intensivliyi və məzmunu ilə müəyyən olunur.