Azərbaycan və Türkiyə həmişə bir-birinin yanındadır

Azərbaycan və Türkiyə həmişə bir-birinin yanındadır

Yeganə Abdullayeva

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 290 nömrəli tam orta məktəbin direktoru

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilmişdir. Ölkəmizin başçısı İlham Əliyev Fövqəladə Zirvə görüşündə çıxış etmişdir. Cənab Prezident çoxsaylı insanın tələfatına və xəsarət almasına, on minlərlə insanın həyatına son qoyulmasına olduqca kədərləndiyini bildirmiş, həlak olanların ailələrinə, qardaş Türkiyə xalqına Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı vermiş, yaralananlara şəfa diləmişdir. Cənab Prezident öz çıxışında qeyd etmişdir ki, Azərbaycandan 440 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilmişdir. Xilasedicilərimizin səyi nəticəsində 53 nəfər dağıntılar altından sağ çıxarılmış, 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilmişdir. Tibb personalımız 3000-dən artıq şəxsə tibbi xidmət göstərmişdir. 45  milyon ABŞ dollarından artıq vəsait köçürülmüş, 5320 ton humanitar yardım göndərilmişdir.

Cənab Prezident bildirmişdir ki, Azərbaycan və Türkiyə həmişə bir-birinin yanındadır və belə də  olacaqdır. Əminliklə ifadə etmişdir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə bu zəlzələnin nəticələrini uğurla aradan qaldıracaqdır. Azərbaycan Prezidenti 44 günlük müharibə dövründə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın ilk saatlardan son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəkdən, bütün Türkiyə xalqının Azərbaycanın yanında olmasından danışmış və qeyd etmişdir ki, 2021-ci ilin iyun ayında Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalanması əlaqələrimizin rəsmən müttəfiqlik səviyyəsinə qalxmışdır. Daha sonra Cənab Prezident Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyənin böyük və şərəfli yol keçməsindən, dünyada söz sahibi olmasından, güc mərkəzinə çevrilməsindən bəhs etmişdir.

Prezidentimizin çıxışında Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımızın itkin düşməsi, onların işgəncələrə məruz qalaraq qətlə yetirilməsi, azad olunan torpaqlarımızda kütləvi məzarlıqların  aşkar edilməsi  yer almışdır. Yalnız 2022-ci ilin noyabr ayından bəri 300-ə yaxın azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya yaralanmışdır. Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr sırasındadır.

2020-ci ildə Praqa və Soçidə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanısa da, indi də öz qoşunlarını Azərbaycanın ərazilərindən tam çıxarmamışdır.

Ermənistan hər cür bəhanələrlə Zəngəzur dəhlizinin açılmasından yayınır. Ermənistanın işğalından azad olunduqdan sonra Qarabağ və Şərqi Zəngəzurda  çox böyük yenidənqurma işləri aparılır. Yeni şəhər, kənd və qəsəbələr qurulur. Məcburi köçkünlərin öz yurdlarına dönüşü üçün artıq “Böyük Qayıdış” proqramı icra olunur. Yenidənqurma prosesində Türkiyə şirkətləri yaxından iştirak edir.

Cənab Prezident öz çıxışında qeyd edir ki, tarixi torpağımız olan Qərbi Zəngəzur 1920-ci ilin noyabr ayında sovet hökuməti tərəfindən Ermənistana verilmişdir. 1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulmuşdur. Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalmış həmvətənlərimiz Qərbi Azərbaycan icmasında birləşiblər. Onların məqsədi tarixi torpaqlara qayıtmaqdır. Onların hazırladığı Qayıdış Konsepsiyasına əsasən Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışı üçün zəmanət mexanizmi olmalıdır.

Möhtərəm Prezident çıxışında bildirir ki, Azərbaycan dövləti olaraq, biz Qarabağda yaşayan ermənilərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılıqlı olaraq Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir.

Cənab Prezidentin çıxışı hörmət və razılıq hissi ilə qarşılanmışdır. Xalqımız əmindir ki, Cənab Prezident öz qətiyyətli mövqeyi ilə Azərbaycan dövləti üçün qarşıya qoyduğu məqsədlərə  nail olacaqdır.