Azərbaycan və Gürcüstan dövlətləri arasında əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir

Azərbaycan və Gürcüstan dövlətləri arasında əməkdaşlıq müsbət dinamika ilə  inkişaf edir
Ceyran Novruzova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 114 nömrəli tam orta məktəbin direktoru

Azərbaycan və Gürcüstan strateji tərəfdaş və müttəfiq dövlətlərdir. İki ölkə arasındakı diplomatik münasibətlər 1992 ci ilin noyabrın 18 də qurulub. 2022 ci ildə bu münasibətlərin 30 cu ildönümü qeyd olunur.Azərbaycan və Gürcüstan tarixi İpək Yolu üzərində yerləşməsi ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırmağa imkan vermişdir.Bakı-Tibilisi-Ceyhan neft ,Bakı-Tibilisi-Ərzurum qaz kəmərləri,Bakı-Tibilisi-Qars dəmir yolu xətti Gürcüstanın Azərbaycanın strateji tərəfdarı olduğunu sübut edir.

Hər iki ölkə arasında son illərdə həm iqtisadi həm  siyasi xüsusəndə enerji sahəsində əməkdaşlıq münasibətləri Prezidentimiz cənab İlham Əliyevin Gürcüstana işgüzar səfəri ilə iki dövlət arasındakı münasibətlərdə yeni bir dönəmin başlanması və tərəfdaşlıq əlaqələrinin yeni bir müstəvidə cərəyan etdiyini göstərdi.Prezidentimizin vurğuladığı kimi tranzit ölkəyə çevrilmək üçün qonşularla  mehriban münasibət çox önəmlidir və Bakı bu məsələyə xüsusi önəm verir.

Yeni layihələrin həyata keçirilməsi üçün atılan addımlar regionda iqtisadi  əlaqələri genişləndirmək üçün geniş imkanlar yaradacaqdır. Bu həmçinin regionda ortaq maraqları ümumiləşdirir. Son zamanlar Rusiya-Ukrayna müharibəsi başlandıqdan sonra ölkəmizin Avropa üçün enerji təhlükəsizliyi baxımında əhəmiyyəti artıb.Bu müttəfiqlik həm region ölkələri həm də Avropa üçün böyük önəm daşıyır,iki dövlət arasındakı əməkdaşlığın dərinləşməsi hər biri üçün faydalı olacaqdır.

Mətbuatda çıxışı zamanı Prezident Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac  ollduğunu vurğulamışdır,bu layihə yol boyunca yerləşən bütün dövlətlərin maraqlarına cavab verir. Bakı-Tibilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması ölkəmiz üçün yeni reallıqlar yaradır. Bu ilin iyul ayında  Avropa Komissiyası ilə Azərbaycan  arasında imzalanmış enerji sahəsindəki strateji tərəfdaşlığa dair Memorondum da göstərdi ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını 2 dəfə artıracaqdır.

Prezidentimizin  növbəti işgüzar səfəri ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etməsinə şərait yaradacaq.