Azərbaycan və Dağıstan Respublikasının Xalq artisti, məşhur qarmon ifaçısı Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan və Dağıstan Respublikasının Xalq artisti, məşhur qarmon ifaçısı Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Mayın 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan və Dağıstan Respublikasının Xalq artisti, məşhur qarmon ifaçısı Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. ​Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına konsert zalında keçirilən tədbirdə Aftandil İsrafilovun ailə üzvləri, Suraxanı Rayon İcra Hakimiyyətinin sektor müdiri Sevinc Ağayeva, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə, görkəmli incəsənət xadimləri, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

​Tədbirdə bildirilib ki, Aftandil İsrafilov Azərbaycan musiqi mədəniyyətində özünəməxsus iz qoymuş nadir sənətkarlardan biridir. Onun qarmon ifası sadəcə bir musiqi nömrəsi deyil, xalq ruhunun, milli yaddaşın canlı ifadəsi kimi yadda qalıb. Bu sənət yolunda yetişdirdiyi tələbələr və davamçıları onun yaratdığı ənənəni bu gün də yaşadırlar.

​Bədii hissədə S.Rüstəmov adına 13 nömrəli və 37 nömrəli Uşaq Musiqi Məktəblərinin müəllim və şagirdləri konsert proqramı ilə çıxış ediblər.