Azərbaycan və Çin hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəkləmişdir

Azərbaycan və Çin hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəkləmişdir

Sevinc Hacızadə

 YAP Suraxanı rayon təşklatının ƏPT-nin sədri

Suraxnı rayonu 79 nömrəli tam orta məktəbin direktoru

Son illər Azərbaycanın iqtisadi əməkdaşlıq əlaqələri durmadan artır. Ölkə başçısının böyük siyasətçi kimi həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində dövlətimiz bir çox dünya ölkələri ilə iqtisadi əməkdaşlığa imza atmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə vermişdir. O qeyd edib ki, 30 il ərzində davam edən siyasi münasibətlər ölkələrimizin əməkdaşlığını möhkəmlətmişdir. Azərbaycan Çin ilə hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişdir. Biz çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq. Bugünkü vəziyyətdə bu çox mühümdür, çünki yeni çağırışlar, yeni problemlər və yeni imkanlar var.

Daha çox  Çin şirkətini Azərbaycanda görməyə iqtisaiyyatımızın inkişafına təkan verəcəkdir. Azərbaycan Orta Dəhlizlə bağlı Sədr Si Cinpinin təşəbbüslərini tam dəstəkləyir. Azərbaycanda nəqliyyat infrastrukturunun bütün zəruri seqmentləri artıq qurulub. Həmçinin biz enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edirik. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Beləliklə bizim həqiqətən də çoxşaxəli münasibətlərimiz var.

Ümumiyyətlə, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Ümid edirik ki, qeyri-enerji sektoruna daha çox investisiyalar olacaq, çünki ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Bu da təbiidir və biz bunu anlayırıq. Lakin indi şaxələnmə barədə düşünmək yox, hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir. Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsindəyik. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. Biz, sadəcə, müvafiq şəkildə siyasətimizi planlaşdıraraq strukturlaşdırmalıyıq və xarici investorlar üçün hətta bundan da yaxşı şərait yaratmalıyıq. Lakin biz investorları gəlməyə məcbur edə bilmərik.

Cənab Prezident qeyd edib ki, “Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Beləliklə, bu illər ərzində, daha dəqiq desək son 10 il ərzində Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və onu 25 milyon tona qədər artıracağıq.

Çinlə əməkdaşlıq portfelimizə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək istəyirik. Çünki Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Bu səyləri birləşdirməliyik. Beləliklə, dövlət başçısı ölkəmiz üçün çox uğurlu addımlar ataraq bir daha böyük siyasətçi olduğunu dünyaya sübut etmişdir. Xalqımız Prezidentimizin bu uğurlu siyasətini dəstəkləyir.