Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir

Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir

Könül Hümbətova 

16 saylı Uşaq Poliknikasının baş həkimi

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Bildiyimiz kimi Almaniya Prezidenti Frank- Valter Ştaynmayer Azərbaycana rəsmi səfər edib. Səfərin bütün təfərrüatları diqqət mərkəzində olub.  Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank- Valter Ştaynmayer arasında geniş tərkibdə bir görüş keçirilib. Görüşün mahiyyəti Azərbaycan və Almaniya münasibətlərinin gələcəkdə daha geniş vüsət almasına yönəlib.

Onu da qeyd etmək lazımdır ki, bu münasibətlər əvvələ söykənir. Belə ki, Almaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa dövlətlərdən biri olub. Həmişə iki dövlət arasında müxtəlif sahələrdə əlaqələr qurulub. İstər sənayə, istər iqtisadiyyat, istərsə də təhsil sahəsində həmişə qarşılıqlı münasibətlərimiz davam edib. Almaniyanın Azərbaycandakı təhsil proqramları gənclərimizin alman dilini öyrənməsinə maraq yaradıb. Alman dilini həvəslə öyrənən gənclər ora təhsil almaq üçün üz tutur.

İki ölkə arasındakı münasibətlər iqtisadi sahədə də özünü göstərir. Azərbaycanın neft ölkəsi olması Almaniyaya xam malın ixracatına şərait yaradıb. Görüş əsnasında Prezident iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinin bizi ruhlandırdığını bir daha vurğulayıb. Ölkələrarasında imzalanan sənədlərin sayı 77-ə çatıb və bu bir daha sübut edir ki, bütün sahələr üzrə əlaqələrimiz durmadan inkişaf edir.

Görüşdə həmçinin Azərbaycan-Ermənistan münasibətlətinə də toxunulub. 30 ildən çox erməni işğalında olan torpaqlarımızın azad edilməsinə diqqət yönəlib. Ölkə Prezidenti qeyd edib ki, “Dağlıq Qarabağ”  adlı bir respublika yoxdur. Bu sadəcə Ermənistanın bir xülyası idi. “Azəbaycanın Qarabağ bölgəsi var. Hazırda Ermənistan məcburi bir şəkildə Qarabağı Azərbaycanın bir ərazisi kimi tanıyır”.

Cənab İlham Əliyev onu da vurğulayıb ki, Azərbaycan bu münaqişəni özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Bu Azərbaycanın qələbəsidir.