Xəyyam Nəbiyev
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayon 270 nömrəli tam orta məktəbin müəllimi
Dünyada otuzdan çox türkdili xalq var. Azərbaycan, Türkiyə, Türkmənistan türklərinin dili bu dillər içərisində bir - birinə ən yaxın olanlardır. (Maraq üçün deyək ki, dünyada yalnız iki dövlətin: Azərbaycanın və Türkmənistanın pul vahidləri eyni adlanır-manat.) Hazırki dünyamızda iqtisadiyyat bütün digər faktorları üstələməkdədir.
Xəzər dənizinin şərq sahillərinin resurslarını Avropaya çatdırılmasından yeni bir xətt formalaşmaqdadır. Heç kimə sirr deyil ki, Türkmənistan qaz ehtiyyatlarının həcminə görə dünyada dördüncü yeri tutur. Yeni formalaşmaqda olan transit xəttinin əhəmiyyətini təkcə bu fakt aydınlaşdırır. Bunu təbii ki, Azərbaycanla yanaşı digər qardaş iki dövlətin rəhbərləri də gözəl anlayırlar. Elə buna görə də 14 dekabrda Türkmənistanda üçtərəfli zirvə görüşü təşkil olunmuşdur.
Görüşdə çıxış edən Prezident İlham Əliyev bu görüşün əhəmiyyətini dilə gətirmişdir. O, məmnunluq hissi ilə Türkmənistan və Türkiyə ilə əlaqələrimizin yüksələn xətt üzrə inkişaf etdiyini bildirmişdir. Hörmətli prezidentimiz toplantı iştirakçılarının diqqətini bu münasibətlərin daha da dərinləşməsi üçün ölkəmizin gündən-günə artmaqda olan imkanlarını çatdırmışdır. Fəxarətlə bildirmişdir ki, Azərbaycan artıq mühüm tranzit ölkəsinə çevrilmişdir. Amma nəqliyyat daşınmalarının inkişafına qonşu Ermənistanın tərsliyi üzündən Zəngəzur dəhlizinin açılmasının yubanması mane olur. Amma biz buna da nail olacağıq. Həmin dəhliz 2024-cü ildə istifadəyə veriləcək.
Görüşdə çox mühüm Türkiyə - Azərbaycan – Türkmənistan sənədi imzalanmışdır. Tərəfdaşlarımız tam təsəvvürə malik olsun deyə hörmətli prezidentimiz dövlətimizin sahib olduğu potensialı hətta gəmi ,təyyarə vahidlərinə qədər dəqiq rəqəmlərlə ifadə edir. Bu təkcə Azərbaycanın gücünün göstərilməsi deyil ,eyni zamanda ondan ötrüdürki, tərəfdaşlarımızda bu nəqliyyat dəhlizinin açılmasına bir daha əminlik yaransın.
Prezidentimiz çıxışında Zəngəzur dəhlizinin açılması üçün bizə siyasi anlaşmalar, siyasi başa düşmələr lazım gəlir. Bu məsələdə təkcə tərəfdaşlarımızla kifayətlənməməliyik, prezidentimiz açıq şəkildə bunu göstərir ki, Türkiyə və Türkmənistanla məhdudlaşmamalıyıq və eyni zamanda tərəfdaşlarımız qarşısında bunun gizli anlamı budur ki bu layihənin beynəlxalq səviyyədə dəstəklənməsini istəyir.