Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin müstəqil,yenilənmiş uğurlu siyasəti
Yeganə Məlikova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayon 279 saylı körpələr evi uşaq bağçasının müdiri
Ölkə başçısı Prezident İlham Əliyevin müstəqil siyasəti, yenilənmiş müstəqil Azərbaycan dövləti üçün yeni quruculuq, işğaldan azad edilmiş ərazilərimizin bərpası dövrü böyük qayıdış kimi yüksək səviyyədə qiymətləndirilir.İlham Əliyevin Azərbaycanın İkinci Qarabağ müharibəsində hərbi-siyasi zəfərinin ardından qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində məqsədyönlü fəaliyyəti davam etməkdədir.
Dünya arenasında öz diplomatik gedişi ilə qələbəmizi siyasi cəhətdən möhkəmləndirərək, işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri, ölkəmizin həyatına çoxsaylı yeniliklər gətirməkdədir. Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında ölkəmizə qarşı dərin hörmət hissi özünü göstərdi. Böyük qayıdış keyfiyyətcə yeni bir həyata- 30 il əvvəl yaşayış üçün ən vacib əşyalarını belə götürməyə macal tapmadan doğma yurd-yuvasını tərk etmiş sakinlər layiqli həyat şəraiti ilə təmin olunacaqdır.
Yaxın onillikdə Qarabağ ərazisi həm yerli və həm də xarici şirkətlərin geniş fəaliyyət meydanına çevrilməkdədir. Artıq dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjinin istifadəsinə yönəldilmişdir. Beləliklə, şübhə yoxdur ki, Azərbaycanın Qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir.
Cənab prezident İlham Əliyevin işgüzar səfərləri və uğurlu siyasətinin sayəsində doğma Qarabağımız cənnətə çevriləcək. Elə bu səbəbdən işğaldan azad edilmiş ərazilərdə görülən işlərin həyata keçirilməsi, sürətli inkişaf bu qənaətə gəlməyə əsas verir.
Azərbaycan Prezidentinin əsas fəaliyyət isqitamətləri Asiyada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün çoxtərəfli yanaşmaları inkişaf etdirməklə əməkdaşlığı gücləndirməkdir. Məhz bunun nəticəsidir ki, ölkə Prezidenti İlham Əliyevin Astanadakı çıxışı bir çox məqamlarla yadda qaldı və dövlət başçısı tərəfindən Ermənistanın Azərbaycana qarşı 30 il davam edən düşmənçilik siyasəti və onun nəticələri haqqında faktlar beynəlxalq tribuna vasitəsilə bir daha dünyaya çatdırıldı. Prezidentin bu yöndə söylədiyi fikirlər faktlara istinad edərək Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında ölkəmizlə bağlı baş verən bir sıra prossesləri göz önündə canlandırdı.
Avropa ittifaqı tərəfindən Ermənistana göndərilən mülki missiyanın fəaliyyətinə çox sərt təpki göstərildi. Bu missiyanı Azərbaycan tərəfə göndərmək cəhdləri bizim tərəfimizdən qətiyyətlə rədd edildi. Cənab prezidentin bu qətiyyətli addımı sentyabr ayında Ermənistan-Azərbaycan münaqişəsində Rusiya tərəfinin vasitəçilik fəaliyyəti atəşkəsin təmin olunmasına, silahlı toqquşmaların dayandırılmasına razılıq əldə etməsi ilə sonlandı.
Prezident İlham Əliyevin həmin zaman nə bir şəhər, nə də bir kənd işğal olunmayıb deməsi Ermənistanın dünyaya “Azərbaycan ərazilərimizi işğal etdi” ittihamınında üstündən xətt çəkmiş oldu.Rusiya tərəfinin vasitəçiliyi ilə atəşkəsin dayandırılması Ermənistanın “ABŞ atəşkəsi təmin etdi” iddiasını da kölgə altına salmış oldu.Prezidentin dediyi sözlərdən bir daha aydın olur ki, bizim prinsipial və qətiyyətli mövqeyimiz Ermənistanın bu planını da əvvəlkilər kimi iflasa uğradacaq.Azərbaycan prezidenti İlham Əliyev Astanada Ermənistanın 30 illik işğalçılıq siyasətinin nəticələrindən danışdı və bir daha milli maraqlarımızı qətiyyətlə qoruduğunu təsdiqlədi.