Azərbaycan qadının ölkənin tərəqqisində danılmaz rolu vardır

Azərbaycan qadının ölkənin tərəqqisində danılmaz rolu vardır

Günel Süleymanova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 89 nömrəli məktəbin müəllimi

Azərbaycan qadını bütün dövrlərdə  ağılı, iradəsi və əzmi ilə milli-mənəvi  dəyərlərimizin qorunub saxlanılmasında özünəməxsus rolu olmuşdur. Qadınlar həyatın mənası, bəzəyidir. Zəriflik, saflıq, gözəllik rəmzi olan qadın “Ana” adı həmişə müqəddəs hesab edilmişdir. Həyatımızın ele bir sahəsi yoxdur ki, orada qadınlar olmasın. Belə ki, ölkəmizin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolu danılmazdır.

Ümummilli lider Heydər Əliyev hər zaman qadına, onun əməyinə böyük qiymət vermiş, xidmətini layiqincə dəyərləndirmişdir. Ulu öndər tərəfindən verilən fərman və sərəncamlarda bunlar öz əksini tapmışdır. Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev “8 MART Beynəlxalq Qadınlar Günü” keçirilməsini mühüm önəm vermişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hələ 2006-cı il fevral 6-da Azərbaycan Respublikasının “Ailə, Qadın və Uşaq problemləri” üzrə dövlət komitəsinin yaradılması haqqında fərman imzalamış, 2010-cu ildə “Məişət zorakılığı qarşısının alınması” haqqında qanun imzalamışdır. Bu illər ərzində qadınların müdafiəsi və hüquqlarının qorunması haqqında bir çox konversiyalar qəbul edilmişdir.

Hər il bayram günü ərəfəsində dövlət başçısı “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycanın fəal qadınlarına fəxri adlar verir, orden və medallarla təltif edir.