Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya cari səfəri tarixi səfərdir

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya cari səfəri tarixi səfərdir

Elşad Həsənov

YAP Suraxanı rayon təşkilatının fəal üzvü, siyasi şəhrçi

Rusiyanın həmişə Cənubi Qafqaza böyük təsir imkanları olub. Azərbaycanın ikiyə bölünməsi də birbaşa Rusiya İmperiyasının adı ilə bağlıdır. Tarixə nəzər salsaq, ilk dəfə 14 may 1805-ci ildə Qarabağ xanlığını Rusiya İmperiyası tərkibinə qatıb. Sonra 1813-cü ildə Gülüstan müqaviləsi və nəhayət 1828-ci ilin fevralında Təbriz yaxınlığında Türkmənçay kəndinə Şah Sədi Abbas Mirzə ilə rus generalı İvan Paskeviç arasında 16 maddədən ibarət müqavilə imzalanıb və Azərbaycan ikiyə bölünüb. Həmin maddənin 15-ci bəndinə əsasən də Rusiya on minlərlə ermənini İrəvan, Qarabağ və digər ərazilərə gətirib və bizə zülm ediblər. Bu, Rusiyanın Cənubi Qafqaza yerləşməsi ilə yanaşı, gələcəkdə Ermənistan dövlətinin əsası qoymuş oldu. Əksər Azərbaycan torpaqlarının əsasında Ermənistan dövləti yaratdılar. Tarix boyu SSRİ dönəmində də Rusiya daim Ermənistana dəstək olub, həmişə yardımlar edib.

Sovet dönəmində Azərbaycan yeganə ittifaq respublikalarından idi ki, SSRİ-nin büdcəsi Azərbaycanın qara qızılı, pambığı sayəsində dolurdu. Azərbaycana çox az vəsait ödənirdi. Təsəvvür edin ki, sovet dönəmində Gürcüstan və Ermənistana ayrılan vəsait, Azərbaycana ayrılan vəsaitdən 2 dəfə çox idi. Baxmayaraq ki, onların əhalisi bizdən az idi. Yəni, bu ikili standarlar, sovet dönəmində də var idi. Bunları bizim dəyərli oxucularımız bilməlidir. Azərbaycana qarşı bu cür münasibət biz müstəqillik qazanana qədər davam etdi. Ancaq sonrakı dövlərdə, 44 günlük Zəfər müharibəsinə qədər Rusiya həmişə Ermənistana dəstək olub. Onlara arxa, dayaq olub. 1988-1994-cu illər arasında da məhz rus hakimiyyətinin köməyi ilə bizim torpaqlarımız işğal olunub. Ermənilər həmişə Azərbaycanı görəndə qorxub, bizdən çəkiniblər. Müstəqillik qazanandan sonra ermənilər ruslardan, onların texnikalarından, qoşunlarından istifadə etdilər. Xüsusilə 366-cı alay onlara böyük yardım etdi. Bizim torpaqlarımız məhz o zaman işğal olundu. Bunlar açıq deyilməlidir. Dəyərli oxucularımızın, xüsusilə gənclərin bunu bilməsini vacib sayıram. Doğurdan da apardığımız siyasət, dövlət maraqlarımız, xüsusilə Ulu öndərin apardığı siyasət, atəşkəsin elan olunması, ölkənin inkişaf etdirilməsi, ordu quruculuğunun inkişaf etdirilməsi, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində böyük iqtisadiyyata sahib olduq.

İqtisadiyyatımız inkişaf etdi, "Əsrin müqaviləsi" bağlanandan sonra neftdən böyük pullat gəldi və biz o pulları insan kapitalının inkişafına, Azərbaycan ordusunun inkişafına, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə sərf etdik. Nəhayət, biz, BMT-nin qəbul etdiyi 4 mühim qərarın yerinə yetirilməsini tələb etdik. Əfsuslar olsun ki, ikili standartlar buna imkan vermədi. Biz, beynəlxalq təşkilatları, ATƏT-in Minsk qrupuna dəfələrlə xəbərdarlıq etdir. Nəhayət 2020-ci ildə ermənilərin bizə qarşı törətdikləri təxribat nəticəsində biz, müharibəyə başladıq. 44 günlük müharibənin nəticəsində zəfər qələbəsi çaldıq. Rusiyanın təkidi, xahişi, minnəti ilə biz 2020-ci ilin noyabrında üçtərəfli müqavilə bağladıq. Biz artıq Xankəndinə girmişdik. Putinin təkidi ilə müharibəni dayandırdıq və üçtərəfli bəyanata qol çəkildi. Ancaq təəssüf ki, Rusiya verdiyi sözə əməl etmədi. Həmin müqavilədə nəzərdə tutulmuşdu ki, Rusiya sülhməramlıları qüvvələri gələndə Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan ərazisini tərk etməli idi. Ancaq təəssüf ki, bu, olmadı. Həmin sülhməramlılar da onlara kömək etməyə başladı. Qarabağdakı separatçı rejim daha da təxribatlar törətməyə başladılar, çox hadisələr baş verdi. Buna görə də 2023-cü il aprelin 23-də Azərbaycanda Laçın Nəzarət-Buraxılış Məntəqəsi açıldı. Bundan sonra biz, bütün əraziyə nəzarət etməyə başladıq. Azərbaycan ərazilərinə təxribatçı qüvvələrin, terroristlərin gəlməsinin və silah-sursatın daşınmasının qarşısı alındı. Biz, nəhayət 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə birgünlük antiterror əməliyyatı nəticəsində həmin qeyri-qanuni silahlı dəstələri məğlub etdik və onlar silahlarını verib, təslim olub rədd olub getdilər. Bundan sonra biz, tam müstəqilliyimizi bərpa etdik. Həmin bu ərəfədə də Rusiya dəfələrlə bəyan etdi ki, müharibə Azərbaycan ərazisində gedir.

Baxmayaraq ki, Ermənistan KTMT-nin üzvüdür, bizim bu müharibəyə qarışmağa ixtiyarımız yoxdur. Ancaq Ermənistan təxribatlar törədirdi ki, KTMT üzvləri Azərbaycana qarşı müharibə başlatsınlar. Beynəlxalq hüquq, qanunlar var. Rusiya təbii ki, əvvəlki Rusiya deyil. Ermənistanın apardığı siyasəti dəstəkləmədilər və Azərbaycanın haqlı müharibəsində Azərbaycana bir növ mane olmadılar. Azərbaycan da öz torpaqlarını azad etdi. Bu, Müzəffər Ali Baş Komandanın başçılığı ilə apardığımız düzgün siyasətin nəticəsi oldu. Ona görə də, Azərbaycan Prezidentinin Rusiyaya sonuncu səfəri bir daha 2022-ci ilin fevralın 22-də Moskvada imzalanan ikitərəfli strateji tərəfdaşlıq bəyannaməsinin davamıdır. 2024-cü ilin aprelin 22-də Baykal-Amur magistralının tikintisinin başlanmasının 50 illiyi münasibət ilə keçirilən tədbirdə Azərbaycan Prezidenti iştirak etdi.

Bizim dəyərki oxucularımız bilirlər ki, həmin tikintinin banisi Ulu Öndərimiz Heydər Əliyev olub. Doğurdan da, böyük tikintinin bütün məsuliyyəti onun çiyinlərində idi. O, günlərlə vaqonlarda yataraq tikintiyə rəhbərlik etmişdi. Bunu qədirbilən rus xalqı, orda yaşayab insanlar, tikinti işçiləri yaddan çıxarmırlar. Bu gün də Heydər Əliyevi xoş məramla xatırlayırlar. Ona görə BAM-da salınan qəsəbələrin biri və vağzal Heydər Əliyevin adını daşıyır. Bu, çox sevindirici haldır. Ona görə də Azərbaycan Prezidentinin səfəri eyni zamanda Rusiya sülhməramlı qoşunlarının Azərbaycan ərazisindən vaxtından il yarım qabaq çıxması məhz Azərbaycanın apardığı düzgün siyasətin nəticəsidir. Bu gün bəzi dırnaq arası siyasətçilər, bloggerlər, xaricdə oturub Azərbaycanın pis gününü istəyən adamlar, "2025-ci ildə rus qoşunları Azərbaycandan çıxarsa, biz Azərbaycan Prezidentinə müzəffər deyəcəyik" deyən adamlar bu gün burda əmma axtarırlar. Həmin qoşunların burdan çıxarılmasına alt yapı nəyisə fikirləşirlər. Bunun alt yapısı da, üst yapısı da odur ki, bu gün Azərbaycan Prezidentinin apardığı düzgün siyasət, Azərbaycan xalqının milli maraqlara xidmət edən siyasətinin və Rusiyanın normal, xoş qonşuluq münasibətinin nəticəsində qoşunlar burdan çıxarıldı.

Yaddan çıxarmaq lazım deyil ki, 200 ildən artıq Rusiya Ermənistana dəstək göstərdi, onlara dövlət yaratdı. Ermənilər isə bu gün Rusiyanı satıb, dirsək göstərərək, Qərbin qucağına atılıb. Erməni millətinin satqın siyasəti, milli xüsusiyyətlərindən irəli gələn sifətləri artıq faş oldu. Ona görə də, Rusiya görür ki, doğurdan da bu gün Azərbaycan xalqı Rusiyana qarşı deyil. Düzdür, Ukrayna ilə müharibəsini dəstəkləmirik, Ukraynanın ərazi bütövlüyünü tanıyırıq. Biz rus xalqı ilə xoş münasibətdə yaşamaq istəyirik. Unutmayaq ki, bizim 3 milyona yaxın vətəndaşlarımız Rusiyada yaşayır. 2 milyondan artıq azərbaycanlı Rusiya vətəndaşıdır. Biz, öz dövlət marağımızdan, milli marağımızdan çıxış edərək Rusiya ilə münasibətləri saxlamalıyıq.