Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəyərləndirir

Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəyərləndirir

Məlahət İsmayılova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

17 yanvar 2023-cü il tarixində Prezident cənab İlham Əliyev İsveçrənin Davos şəhərində Çinin CGTN ( China Global Television Network ) televiziya kanalına müsahibə verib. Dövlət başçısı hər iki ölkə arasında dostluq münasibətinin yüksək səviyyədə olduğunu vurğulayıb. Bundan öncə ötən ilin payızında biz beynəlxalq tədbirlərin birində görüşdük deyə əlavə edib: “ Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Si Cinpinlə görüşüm zamanı o məni Çinin böyük dostu adlandırdı”.

Prezidentin onu da vurğulamışdır ki, 30 ildən artıq davam edən bu siyasi və iqtisadi münasibətlərlə yanaşı biz bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəyərləndirir və Çin şirkətlərini Azərbaycanda görəcəyimizə ümid edirik. Hazırda yüksək informasiya, kənd təsərrüfatı və enerji sahələrində əməkdaşlığa tam hazırıq. Ümumiyyətlə Azərbaycanda investisiya mühiti çox müsbətdir.

Müsahibə zamanı dövlət başçısı demişdir ki, qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Biz artıq Bakının Ələt bölgəsində azad iqtisadi zonanın açılmasına çalışırıq.Əlbəttə, Şərq və Qərb arasında, İpək Yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çox böyük imkanlar yaradır.

Dəmir Yolu infrastrukturuna investisiya yatırdıq. Ötən dövr ərzində tranzit daşımalar 75 % artıb. Ərazimizdən nə qədər çox yük keçərsə bizə bundan bir o qədər çox faydası olar. Çinlə eyni zamanda yaşıl enerji sahəsində əməkdaşlığa önəm veririk. Çünki Azərbaycanda böyük potensial var. Çində isə böyük texnoloji nailiyyətlər mövcuddur. Beləliklə, biz bu səyləri birləşdirməliyik.

Prezident cənab İlham Əliyev iqtisadi məsələlərlə yanaşı dünyanın gələcəyinə dair fikirlərini də ifadə edərək demişdir ki, Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər arasında balansı qoruyur. Balans olmasa bu iş uğursuz olar. Avropada qaz çatışmazlığı var. Ötən il biz Avropa bazarına qaz ixracını iki dəfə artırmaq üçün Avropa Komissiyası ilə sənəd imzaladıq.Və 5 il ərzində hədəfə nail olacağıq. Azərbaycan artıq dördüncü ildir ki, Qoşulmama Hərəkatına sədrlik edir. Bu hərəkatın böyük potensialı var. Biz bu hərəkatın dünya arenasında səsinin eşidilməsini istəyirik. Çünki böyük güclərin maraqları arasında uçurum kiçilməyə bilər. Bu gün dünyanın üzləşdiyi əsas problemin mənbəyi yoxdur. Bu səbəbdən gərək silahlar yerə qoyulsun və bəşəriyyətin üzləşdiyi problemlərə diqqətlər yönəldilsin. Bu baxımdan Çinin gördüyü işlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməlidir.