Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra bəzi qüvvələrin qərəzli yanaşması daha da aktivləşib
Xöşbəxt Seyidova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 273 saylı körpələr evi və uşaq bağçasının müdiri vəzifəsini icra edən
Azərbaycanda artıq necə ildir ki, beynəlxalq tədbirlər keçirilir. Və bizim bu tədbirlərin keçirilməsində böyük təcrübəmiz var. Bu görüşün məhz Azərbaycanda keçirilməsi bizim ölkənin beynəlxalq müstəvidə nüfuzunu artırır. Ermənistan 2028 –ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısının keçirilməsini dəstəkləyib. Bu da Cənubi Qafqazda sülh və əməkdaşlıq baxımından böyük bir hadisə hesab edilir.
Qonşu ökə olan Ermənistanda bu təşəbbüsü dəstəkləyir. Bu da regionda münasibətlərin normalaşmasının göstəricisidir. Azərbaycan artıq Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təminatcısıdır.Son illər aparəlan diplomatik addımlar, danışıqlar iki ölkə arasında münasibətlərin daha sağlam olmasına şərait yaradır.
Artıq qarşıdurma yox! Regionda yerləşən dövlətlər əməkdaşlığı və inkişaf yollarının axtarışını üstün tuturlar. Bu bütün Cənubi Qafqaz ücün mühüm əhəmiyyət daşıyır. Bu görüş zamanı Azərbaycana müxtəlif dövlətlərin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, siyasətçilər gələçəklər. Bu da həm Azərbaycanın bütün dünyada geniş tanınmasına, həm ölkəmizin inkişafına, həm də turizim sahəsinin canlanmasına şərait yaradacaq. Həmçinin Azərbaycanın diplomatik əlaqələrinin güclənməsi gətirəcək.
Ermənistan və Azərbaycanın bu məsələdə bir olması dövlətlər arasında etimadın yaranmasına, iqtisadi layihələrin həyata keçirilməsinə, xalqlar arasında münasibətlərin genişlənməsinə səbəb ola bilər. Belə hesab etmək olar ki, Zirvə görüşünün məhz Azərbaycanda keçirilməsi Cənubi Qafqaz üçün ümidverici bir hadisədir.
27 sentyabr 2020-c ildə II Qarabağ müharibəsi baş verdi. 44 gün çəkən bu müharibədə Azərbaycan qələbə çaldı və regionun geosiyası arxitekturası köklü şəkildə dəyişdirildi. Ötən ilin avqustunda Vaşınqtonda Ermənistan və Azərbaycan liderləri birgə bəyanamə imzaladıdılar. Prezident Tramp şahid kimi imza atıb.”Trampın Beynəlxalq Sülh və Rifah Marşurutu” kimi təşəbbüslərin Azərbaycanın Orta Dəhlizdə oynnadığı rolu bir daha irəliyə çıxarır.Bütün bunlar həm iqtisadi həm siyai sabitlik baxımından əhəmiyyət daşıyır.
Azərbaycan ərazisindən Ermənistana 28 min ton yükün daşınması, eləcə də 12 min ton neft məhsulunun ixracı regionda əməkdaşlıq üçün yeni imkanlar açır.Azərbaycanın bu addımı təşəbbüskar olduğunu nümayiş etdirir. Prezident İlham Əliyev faktlar göstərdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra bəzi qurumların (Avropa Parlamenti, AŞPA) qərəzli yanaşması daha da aktivləşib.
Azərbaycan 2001- ci ilin yanvarından Avropa Şurasının üzvüdür. O vaxtdan 2024-cü ilin yanvarına dək Avropa Şurasında bizim nümayəndə heyətimizə heç bir məhdudiyyətlər tətbiq edilməmişdir. 2023-cü il sentyabr ayında Qarabağda separatçılığa son qoyuldu və dörd ay sonra AŞPA bizim nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi.Bu da onu göstərirki, ikili standartlar AŞPA-nın sanki təlimatıdır. Bizim dövlətin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir.
Avropa Parlament ksentobiya, islamofobiya, anti- semitizim, miqrasiya, rəqbətçilik, evsiz insanların məsələsi kimi fündamental probləmleri həll etmək əvəzinə Azərbaycana böhtan və yalan ataraq, qəzərzli münasibət bəsləyir.Lakin bütün bunlara baxmayaraq bizim ölkə sülh gündəliyinə sadiqdir. Azərbaycan hər zaman sülhün və əminamanlığın tərəfdarı olub və olacaq.