Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirilməkdə davam edəcək

Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirilməkdə davam edəcək

Kəmalə Məmməova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 270 nömrəli tam orta məktəbin direktor əvəzi

Heç kimə sirr  deyil ki, ölkələrin iqtisadi cəhətdən inkişaf etməsi üçün iki mühüm şərti var: təbii resurslarla zənginlik və iqtisadi – coğrafi mövqe. Şükürlər olsun ki, uca yaradan bunların heç birini ölkəmizdən əsirgəməyib. Yeni Azərbaycanımız həm gözəl əlverişli coğrafiyada yerləşir, həm də təbii resursları zəngindir. Amma yuxarıda qeyd etdiyimiz bu iki şərtlə yanaşı onlardan heç də əhəmiyyətsiz olmayan üçüncü bir şərt də var. Bu da ondan ibarətdir ki, Allahın bu neymətlərindən məqsədyönlü, elmi şəkildə istifadə olunur. Bu isə dövlətin, xüsusən dövlət başçısının yürütdüyü siyasətdən asılıdır. Elə bu cəhətdən də Azərbaycanın bəxti gətirib desək, yanılmarıq. Çünki dövlətimizə sahib olduğu nemətlərdən düzgün istifadə etməyi bacaran bir lider başçılıq edir. Sahib olduğunu dünya miqyasına çıxara  bilməyi hər dövlət başçısı bacarmır axı. Amma möhtərəm Prezidentimiz  cənab İlham Əliyev bu cəhətdən hər bir imkandan məharətlə istifadə edir.

Şanxay Əməkdaşlıq Təşkilatının növbəti Sammiti xüsusi əhəmiyyət kəsb edir. Sammitdə dünya liderliyinə can atan Çin və yüksək inkişafı ilə dünyanı mat qoyan Türkiyə liderlərinin iştirakı onun necə mötəbər toplantı olmasından xəbər verir. Prezidentimiz isə belə bir toplantıda ölkəmizin potensialı və prioritetləri barədə məlumat vermək şansından məharətlə istifadə etdi. Onun çıxışını təhlil etdikdə aydın olur ki, bu dəfə möhtərəm İlham Əliyev iqtisadi məsələləri önə çəkdi. Bu səbəbdəndir ki, o, artıq Qarabağ problemini bitmiş hesab edir. Azərbaycan lideri müasir iqtisadi inkişafın başlıca təminatçısı olan tranzit yükdaşımaların xüsusilə qabartdı. Bu zaman həm dəmir, həm quru, həm də hava daşınmalarında ölkəmizin malik olduğu vasitələri və imkanları dəqiq rəqəmlərlə ifadə etdi. Amma Prezidentimiz regionumuzun və bəlkə də, Avrasiya məkanında kommunikasiyaların açılmasına əngəl törədən Ermənistanın çirkin əməllərini qeyd etməyi də unutmadı. Zəngəzur dəhlizinin əhəmiyyətini bir daha tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Bir sözlə dövlət başçısının mötəbər sammitdəki çıxışı ölkəmizin iqtisadi və eləcə də siyasi dayaqlarının möhkəmlənməsi üçün irəliyə doğru bir addım oldu.