Azərbaycan odlar ölkəsi kimi zəngin ənənələrə malikdir
Sübhan Şərifov
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Sovet dövründə Novruz qeyri-rəsmi qeyd olunurdu, çünki hökumət orqanları buna icazə vermirdilər və insanları təqib edirdilər. Ancaq bütün bunlara baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq olaraq, hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edirdi. . İnsanlar bayram abuhavasına düşüb bütün dərdi qəmi unudur bayramı mehriban şən keçirirdilər.Hamı bir tonqal ətrafına toplaşır, uşaqlar papaq atır, yumurta döyüşdürür, qapı pusurdu. Ancaq nə bilə bilərdik ki, qonaq deyə yurdumuza, vətənimizə qəbul etdiyimiz – dost hesab etdiyimiz amansız düşmən bir çaqqal sürüsü simasında pusuda dayanıbmış. 1992ci ildə törətdikləri vəhşiliklər bütün xalqımızı matəmə saldı. Xüsusilə Xocalı soyqırmı. O gündən xalqımız bayramı qəlblərdə ağrı, sızı ilə qeyd edir və hər il “Gələn il bayramı Qarabağda keçirək” ifadəsini işlədirdi. Nəhayət o gün gəlib çatdı. Ali baş komandanın səyləri, ordumuzun gücü və qüdrəti ilə Qarabağımız işğaldan azad edildi və hər kəsin qəlbindəki arzusu qəbul olundu.
Novruz bayramının tarixi qədim zamanlara eramızdan əvvəl 505-ci əsrə təsadüf edir - Zərdüşt Peyğəmbər yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çoxu 5000 ilə bərabər edirlər. Novruz bayramı qədim ənənələrlə, oyunlarla zəngindir. Qədim ənənələrdən "Xıdır İlyas", "Kos-kosa" — meydan məzəli oyunu və falabaxmanı qeyd etmək olar. Su və odla bağlı maraqlı ənənələr var. Azərbaycan bir odlar ölkəsi kimi odla bağlı zəngin ənənələrə malikdir və bu saflaşma, təmizlənmə əlamətidir. Tonqallar qalanır və Novruzdan əvvəl Axır çərşənbədə hamı tonqalın üstündən tullanmalıdır, yeddi dəfə, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullanarkən bu sözlər deyilir: "Sarılığım sənə, qırmızılığın mənə". Tonqal heç vaxt su ilə söndürülməməlidir. Tonqal sönəndən sonra cavanlar tonqalın külünü yığıb, evdən kənar bir yerə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.
Təzə ildə axar suyun üstündən tullanmaqla keçən ilin günahlarını yumuş olursan. Bundan başqa bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi, yatmazdan əvvəl biri-birinin üstünə su çiləyirlər. Axırıncı çərşənbə gecəsi bütün axar sular dayanır və hamı ona səcdə edir, hətda ağaclar da yerə əyilir. Süfrədə adları da "S" hərfi ilə başlayan yeddi növ xörək olmalıdır. Süfrədə həmçinin sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bunlardan başqa masanın üstünə güzgü və şamlar qoyulur, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var. Şam - od, işıq deməkdir, güzgü aydınlıq rəmzidir. Bayramın ilk günü hamı evdə olmalıdır. Novruz bayramının ilk günü yaz, ikinci günü yay, üçüncü günü payız, dördüncü günü qış olur. Əgər, birinci gün hava şəraiti yağıntısız və ya küləksiz keçərsə həmin yaz məhsuldarlıq bol olacaq. Tam əksi olarsa məhsuldarlıqda işlər həmin yaz xoşagələn deyil. Novruz bayramı bütün azərbaycanlıları bir araya gətirən şən bayramdır.