Zərifə Əliyeva uşaq evlərində olan kimsəsiz uşaqlara xüsusi xidmət göstərmişdir

Zərifə Əliyeva uşaq evlərində olan kimsəsiz uşaqlara xüsusi xidmət göstərmişdir
Aşıq Mehdiyev
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 232 nömrəli tam orta məktəbin müəllimi
Akademik Zərifə Əliyeva 1923 cü ildə anadan olmuş və öz həyatını səhiyyə elminin inkişafına həsr etmişdir. O, Azərbaycan Dövlət tibb institunun müalicə-profilaktik fakultəsində oxumuş və oranı əla qiymətlərlə bitirir. O, bir həkim kimi Azərbaycanda gözü zədələyən, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyinə qarşı mübarizə aparmışdı. Zərifə xanım traxoma xəstəliyinə qarşı Azərbaycanda fəal iştirak edir, rayonlara gedərək həkimlərə oftalmoloqlara məruzələr oxuyurdu.
Zərifə xanım Əliyeva Azərbaycan Elmi Tədqiqat Göz xəstəlikləri institunda elmi işçi kimi fəaliyyətə başlayır. 1950-ci ildə aspiranturaya daxil olur. Sonra Elmi axtarışlarını davam etdirir. Traxomanın bir xəstəlik kimi ləğv olunması onun adı ilə bağlıdır. O, traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi mövzusuna namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. O, bu sahədə ixtisaslaşaraq elmlər namizədi adını almış və onun təşkil etdiyi müalicə metodu bütün Respublikaya yayılmışdır. Zərifə Əliyeva uşaq evlərində olan kimsəsiz uşaqlara xüsusi xidmət göstərmişdir.
O, 1960-cı ildən 1967-ci ilə qədər oftalmologiya İnstitunda böyük elmi işçi kimi çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya komissiyası ona oftalmologiya ixtisası üzrə böyük elmi işçi adı vermişdir. 1967-ci ildə Zərifə xanım Əliyeva Azərbaycan Dövlət həkimləri təkmilləşdirmə institunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. O, işlədiyi işlədiyi müddət ərzində təkmilləşdirmə institutunun da kursların dinləyici həkimləri ilə pedaqoji iş aparır. Zərifə xanım Əliyeva həkimlərin biliklərinin genişlənməsinə köməklik edir. Onun çoxillik müşahidələrinə kilinik tədqiqatları eksperimentlərin nəticələri ona dissertasiyasının əsasını təşkil etmişdir. Zərifə xanım Əliyeva H.Helmqolts adına Moskva Elmi Tədqiqat göz xəstəlikləri İnstitununda müdafiə etmişdir.
1977-ci ildə ona tibb elmləri doktoru elmi dərəcəsi adı verilmişdir. O, professor adı alır. Gördüyü işlərinə görə ictimaiyyətdə rəğbət qazanır. Elmi araşdırmalar nəticəsində Zərifə xanım Əliyeva bir neçə monoqrafiyalar çap etdirir. Zərifə xanım Əliyeva fundamental Terapevtik oftalmologiya kitabının müəlliflərindən biridir. Bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Zərifə Əliyeva 150 yə yaxın elmi əsərin 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici, təklifin müəllifi həmmüəllifi olmuşdur.
1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademiki M.İ.Averbası adına mükafatına layiq görülmüşdür. Onun xidmətlərinə çoxillik elmi tədqiqat işlərinə görə professor Zərifə xanım Əliyeva Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında dünyasını dəyişdi. Moskva şəhərindən 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirlərək Fəxri Xiyabanda dəfn olunmuşdur. Azərbaycan xanımının mənəvi dəyərlərini özündə birləşdirən Zərifə xanım bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq bu gün insanların qəlbində yaşayır və yaşayacaq.