Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır

Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır
Arzu Miriyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 65 nömrəli tam orta məktəbin direktoru

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin enerji daçıyıcılarının dünya bazarına çıxarılmasına xüsusi önəm verildi. Bu prosesdə  İtaliyanın mühüm müsbət rolu indi də qalmaqdadır. Bu gün ölkələrimiz arasında qarşılıqlı iqtisadi münasibətlər çoxşaxəlidir. Beləki, bu münasibətlər  neft-qaz, enerji, kənd təsərrüfatı, tikinti, hərbi sənaye və digər istiqamətləri əhatə edir.

Azərbaycan və İtaliya arasında bu əməkdaşlığı rəsmiləşdirən müvafiq bəyannamə 10 il əvvəl imzalanıb. Artıq uzun illərdir ki, Azərbaycan İtaliyanın bir nömrəli neft təchizatçısıdır. İtaliyanın Triest limanına çatdırılan Bakı neftinin dəyəri elə illər olub ki, 17-18 milyard dollar təşkil edib.

Prezident İlham Əliyevin sentyabrın 6-da “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyadakı çıxışında da qeyd etdiyi kimi, 2023-cü ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 30 faizindən çoxu İtaliyanın payına düşüb. Burada əsas pay neft və qazındır: Azərbaycanın ən böyük qaz ixrac sisteminin – Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik Qaz Boru Xəttinin çıxış nöqtəsi İtaliyadır.

Azərbaycan-İtaliya iqtisadi əlaqələrinin daha da inkişafı hər iki ölkə üçün qarşılıqlı fayda gətirir.