Azərbaycan-İtaliya münasibətləri rasional tərəfdaşlıq və ortaq maraqlar üzərində qurulmuşdur

Azərbaycan-İtaliya münasibətləri rasional tərəfdaşlıq və ortaq maraqlar üzərində qurulmuşdur

Qərənfil Əhmədova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

"Şənlik"körpələr evi-uşaq bağçasının müdiri

Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan dövləti xalqımızın milli maraqlarına xidmət edən, eyni zamanda beynəlxalq hüququ normalarına əsaslanan ədalətli və prinsipial xarici siyasət kursu həyata keçirir. Möhtərəm Prezidentin Azərbaycan və İtaliya ölkələrinin və xalqlarının arasında əlaqələrin daha da möhkəmləndirilməsinə böyük xidmətəri vardır. Dövlət başçısı ikili əlaqələrə diqqətlə yanaşır və əhəmiyyət verir.

İtaliya ölkəmiz üçün Avropadan və dünyadan ən mühüm tərəfdaşlardan biridir. Ölkələrimiz arasında əməkdaşlıq daha da inkişaf etməkdədir. 1997-ci ilin sentyabrında Ulu Öndər Heydər Əliyevin, 2005-ci ilin fevralında və 2008-ci ilin noyabrında Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərləri ikitərəfli münasibətlərə xüsusi təkan vermiş və bu sahədə yeni mərhələlərin başlanğıcını qoymuşdur.

Hər iki ölkənin tarixində silinməz izlər qoyan bu səfərlər əlaqələrimizin inkişafının istiqamətlərin konturlarını cızmış və bütün sahələrdə əməkdaşlığımızın, müxtəlif nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı aparılan danışıqların, imzalanan sənədlərin təməl daşına çevrilmişdir.  Azərbaycan-İtaliya münasibətləri rasional tərəfdaşlıq və ortaq maraqlar üzərində qurulmuşdur.

Enerji təhlükəsizliyi sahəsində Azərbaycan-Avropa İttifaq əlaqələri fonunda İtaliya Respublikası ilə əməkdaşlığımız keyfiyyətcə və kəmiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezidentimizin apardığı uğurlu xarici siyasət nəticəsində olkəmizin beynəlxalq nufuzu gündən-günə artır.

Azərbaycanda müşahidə olunan sürətli inkişaf, aparılan quruculuq işləri ,əldə olunan nailiyyətlər Prezident İlhan Əliyevin İtaliya səfəri görüşü eyni zamanda ölkəmizin beynəlxalq arenada həyata keçirdiyi uğurlu siyasətin parlaq nəticəsidir.