MÜTƏFFİQLİYİN DƏRİNLƏŞDİRİLMƏSİ HAQQINDA BƏYANNAMƏNİN XÜSUSİ ƏHƏMİYYƏTİ VARDIR

MÜTƏFFİQLİYİN DƏRİNLƏŞDİRİLMƏSİ HAQQINDA BƏYANNAMƏNİN  XÜSUSİ  ƏHƏMİYYƏTİ VARDIR

Südabə Yaqubova

Suraxanı Tibb Mərkəzinin direktor müavini

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Azərbaycanla Qazaxıstan arasında imzalanan “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” iki qardaş ölkənin gələcək təhlükəsizliyi və əməkdaşlığının perspektivləri baxımından mühüm əhəmiyyət kəsb edən strateji sənəddir. Bu sənəd iki qardaş ölkənin münasibətləri tarixində tamamilə yeni bir mərhələ yaratmaqla daha da dərin inkişafına gətirib çıxaracaqdır.

Azərbaycan və Qazaxstanın iqtisadi və kommunikasiya ehtiyatları böyük potensiala sahibdir. Həmçinin hər iki ölkə tarixi İpək yolunun orta xətti üzrə əsas sektoru təşkil edir. İstər tarixi kontekstdə, istərsə də son 30 illik müstəqillik dövründə Qazaxıstan və Azərbaycan etibarlı tərəfdaş, yaxın dost və qardaş ölkələr olmuşdurlar.

Qardaş ölkənin Prezidentinin səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olması dövrünə təsadüf edir: “Bu baxımdan səfər 30 illik yolun təhlili, əldə olunan uğurların, perspektivlərin müəyyənlşdirilməsi baxımından bir hesabat kimi də qiymətləndirilə bilər. Prezidentlərin bəyanatlarında belə məqamlar da öz əksini tapmışdır.

Dostluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan bu əlaqələrin əsası ulu öndər Heydər Əliyev və Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulmuşdur. Hazırda hər iki ölkə arasında iqtisadi və siyasi əlaqələr yüksələn xətlə inkişaf edir. 

Tarixi Zəfərimizdən sonra da Qazaxıstan bu uğurlarımızı öz uğuru kimi qəbul edən ölkələrdən biri kimi çıxış edərək işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasında iştirak etmək istəyən, həmin torpaqlara sərmayə yatırmaq üçün müraciət edən şirkət və özəl sektor nümayəndələri içərisində birinci yerdədir.