Azərbaycan həmçinin Tacikstanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. Ulu öndər, ilk növbədə keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı.
10 dekabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin rəhbərlərinin VIII zirvə görüşündə iştirak etmək üçün Tehranda səfərdə olarkən Tacikistan prezidenti Emoməli Rəhmanovla görüşmüşdür. Elə həmin görüşdə görkəmli dövlət xadimi Heydər Əliyevlə görüşdən məmnun qaldığını xüsusi qeyd edən Tacikistan prezidenti hüquqi demokratik dövlət qurulması və islahatların uğurla yerinə yetirilməsi sahəsində son illər Azərbaycanda həyata keçirilən tədbirlərə böyük maraq göstərdiyini bildirmişdir. Prezidenti Heydər Əliyev isə o zaman bildirib ki: "Hər iki gənc müstəqil respublikanın nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini daim müdafiə etməsinin böyük əhəmiyyət daşıdığını nəzərə çarpdıraraq əmin olduğumu bildirirəm ki, İslam Konfransı Təşkilatının VIII zirvə görüşü həm Azərbaycanın, həm də Tacikistanın qarşılaşdığı problemlərin tezliklə aradan qaldırılmasına kömək edən sənədlər qəbul edəcəkdir".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezidentliyi dövründə də Tacikistanla münasibətlər yüksələn xətt üzrə inkişaf edib və bu gündə inkişaf etməkdə davam edir. Tacikistan və Azərbaycanı çoxəsrlik tarix və mədəniyyət, dostluq münasibətləri, ümumi dəyər və ənənələr birləşdirib. Müstəqillik qazandıqdan sonra
hər iki ölkə öz iqtisadiyyatlarını inkişaf etdirərək böyük nailiyyətlər qazanmışlar.
Son 30 il ərzində iki ölkə arasında əlaqələr möhkəmlənib və nəticədə qarşılıqlı səmərəli məsələlərin həlli və beynəlxalq arenada aktiv qarşılıqlı əlaqələr üçün əlverişli şərait yaradılıb. İki ölkə arasında münasibətlərin bu cür dinamik inkişafı iqtisadi sahədə yaxşı perspektiv vəd edir və bunun üçün böyük potensial mövcuddur. Azərbaycan həmçinin Tacikstanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Tacikistan və Azərbaycanı çoxəsrlik tarix və mədəniyyət, dostluq münasibətləri, ümumi dəyər və ənənələr birləşdirib. Sevindirici haldır ki, ənənələr bu gün də yaşayır.
Azərbaycan həmçinin Tacikstanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Azərbaycanın və Tacikistanın bir-birinə xoş münasibəti Prezident İlham Əliyevin aprelin 5-də bu ölkəyə uğurla baş tutan dövlət səfəri çərçivəsində keçirilən tədbirlərdə bir daha səmimiyyətlə vurğulanıb. Ölkə başçımız bu gün Tacikistan və Azərbaycanın iki sabit dövlət olduğunu bildirib. Bizim ölkəmizin bu günkü uğurlu inkişafının səbəbi Ulu öndərimiz Heydər Əliyevin və onun davamçısı Ali Baş Komandanımız İlham Əliyevin uğurlu siyasətidir.