23 oktyabr 2025-ci il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin Suraxanı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı və Suraxanı Gənclər Evinin dəstəyi ilə Suraxanı Gənclər Evində Vətən Müharibəsində qazanılmış Zəfərin 5 illiyinə həsr olunmuş “Azərbaycan gəncliyinin Zəfər yolu” adlı görüş keçirilmişdir.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı rayonu üzrə gənclər və idman sektorunun müdiri Amil Bağırov, Suraxanı Gənclər Evinin direktoru Cəbi Quliyev və digər rəsmi şəxslər iştirak ediblər Tədbir Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Görüşdə dövlət və yerli idarəetmə qurumlarının nümayəndələri, qazilər, gənclər, məktəblilər və FHN Akademiyasının zabitləri iştirak ediblər. Çıxış edənlər Zəfər Gününün tarixi əhəmiyyətindən, Azərbaycan xalqı və ordusunun qəhrəmanlığından bəhs edərək qeyd ediblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin vətənpərvərlik tərbiyəsi və inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Sonda Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.