Azərbaycan dünyada, eləcə də Mərkəzi Asiya regionunda əməkdaşlığın yaranmasına və inkişafına layiqli töhfələr verir.

Azərbaycan dünyada, eləcə də Mərkəzi Asiya regionunda əməkdaşlığın yaranmasına və inkişafına  layiqli töhfələr verir.

Mehriban Məmmədova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 278 nömrəli tam orta məktəbin müəllimi

Müasir, müstəqil Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə doğru uğurlu daxili və xarici siyasət həyata keçirir. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin ilk günlərindən Azərbaycanın türk dövlətləri ilə əlaqələrinin qurulmasının vacib olduğunu həmişə önə çəkdiyi kimi, Azərbaycanın bütün sahələrdə inkişafı, uğurlu siyasəti də onun imzası kimi əhəmiyyətli olduğunu sübut etdi.

Azərbaycan dünyada, eləcə də Mərkəzi Asiya regionunda əməkdaşlığın yaranmasına və inkişafına  layiqli töhfələr verir. Dünyada II Qarabağ müharibəsindən sonra Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməkdədir. Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında əlaqələr son illərdə durmadan artır. Bunun bariz nümunəsi ötən il iyunun 21-22-də Özbəkistana olan səfərdə, sentyabrın 15-16-da Prezidentimizin Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitində çıxışı oldu, eyni zamanda Azərbaycan Özbəkistan, eləcə də Orta Asiya ölkələri ilə gündən – günə möhkəmlənən əməkdaşlığa bütün Türk dünyasının inkişafına əhəmiyyatli töhfələr verməkdədir.

İlham Əliyev 14 sentyabr 2023-cü ildə Düşənbədə Mərkəzi Asiya Dövlət Başçıları ilə görüşmüşdür. Tədbirdə əsas geo-siyasi əhəmiyyəti olan məsələlər müzakirə edilmiş, Şanxay Əməkdaşlıq Təşkilatının üzvlərinin təhlükəsizliyi, ölkələrinin təhlükəsizliyi, Qərbin Rusiyaya qarşı sanksiyaları, Ukrayna hadisələri, İŞİD terrorçu təşkilatının fəaliyyəti müzakirə olundu və bu hadisələrdən çox narahat olduqlarını söylədilər.

Bu sammitdə birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılmışdır. Azərbaycan transit ölkə statusu olaraq Orta Dəhlizin əhəmiyyətindən danışıldı. Şərq-Qərb marşrutu ilə yükdaşımalarda Bakı-Tbilisi-Qars dəmiryolunun əhəmiyyəti xüsusilə vurğulandı.

Xəzərdə Azərbaycanın 50-dən çox ticarət donanmasına malik olduğu bildirildi. Azərbaycan sahibkarlar Konfederasiyası və Tacikistan Ticarət Sənaye Palatası arasında əməkdaşlıq müqaviləsi bağlandı. Türk dövlətlərinin birliyi-qardaşlığımızı, dostluğumuzu, social-iqtisadi əlaqələrimizin möhkəmlənməsinə gətirib çıxartdı. Ölkəmizin gələcəyi çox parlaq olacaq. Biz Prezidentimiz başda olmaqla çox böyük uğurla imza atmışıq. Azərbaycan bu gün çox güclü bir ölkəyə çevrilib.