Azərbaycan diplomatiyasının növbəti uğuru: Cənubi Qafqazda sabitliyin və iqtisadi inteqrasiyanın dönüş nöqtəsi

Aygun Allahverdiyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 277 saylı uşaq bağçası və körpələr evinin müdiri
Beş il əvvəl Azərbaycan suverenliyinin və ərazi bütövlüyünün tam bərpasını, eləcə də Ermənistanın, dünya ölkələrinin bu reallığı qəbul edəcəyini təsəvvür edə bilərdinizmi? Bəli, bu, baş verdi, ədalət öz yerini tutdu. Azərbaycan yeganə dövlətdir ki, öz ərazi bütövlüyünü bərpa edib. Illərlə həll olunmaz münasibətləri, münaqişəni həll edib ABŞ prezidenti Donald Trampa bildirmişdir.
Biz müstəqil dövlət olaraq torpaqlarımızı öz gücümüz sayəsində geri qaytarmışıq. Amma hələ də rəsmi kağız üzərində həll olunmayan və imzalanmayan məsələlər qalmaqdadır. Bu fikirləri İlham Əliyev ABŞ prezidentinin diqqətinə çatdırmışdır.
Azərbaycan, Ermənistan arasında bəyannamə imzalanmışdır. Lakin Ermənistan bu müqaviləni pozmaqda davam etmiş, heç bir imzaya əhəmiyyət verməyib.
Daha bir uğur isə ABŞ Prezidenti Donald Trampın Azadlığa dəstək aktının 907 – ci maddəsinin icrasını dayandıran sənədi imzalaması oldu. Bu qərar, Azərbaycanın 33 il məruz qaldığı ədalətsizliyə son qoydu. ABŞ Azərbaycan münasibətləri 1992- ci ilin 28 fevral tarixində qoyulub. Bu tarixi qərar sülh münasibətləri Ulu Öndər Heydər Əliyev tərəfindən baş tutub.
Bu günə qədər Azərbaycanla ABŞ arasında 80- dən çox əhəmiyyətli sənədlər imzalanması gerçəkləşmişdir. Azərbaycanın Prezidenti İlham Əliyev avqustun 8- də ABŞ- da baş tutan üçtərəfli sülh sazişinin, əhəmiyyətli dərəcədə xalqımıza əmin- amanlıq və uğur gətirəcəyinə əmin olduğunu bilmişdir. Biz də buna əminik.