Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir

Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir

Könül Hümbətova 

16 saylı Uşaq Poliknikasının baş həkimi

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 5 - də yerli televiziya kanallarına verdiyi müsahibəsi zamanı deyib. Həmçinin, dövlət başçısı dilimizin qorunması ilə bağlı mühüm məsələlərə də toxunub. Dövlət rəhbəri qeyd edib ki, Azərbaycan xalqı çox əsrlikdə qalib və həmişə müstəqil olmaq arzusunda olumuşdur. Toqpaqlarımıza göz dikib, işğal edənlər olub. Amma buna baxamayaraq xalqımız dilini unutmamışdır. İndi nə qədər xarici dil bilsək də dilimizin qarışmasına və əldən getməsinə  yol verməməliyik deyə - Prezident qeyd edib.

Dilimiz çox zəngindir, istənilən fikri öz ana dilimiz vasitəsilə ifadə etmək mümkündür. Danışıq zamanı xarici sözlərdən istifadə etmək düzgün yanaşma deyildir. Hazırda Azərbaycan dilini akademik səviyyədə bilməyə ehtiyac duyulur. Bunun üçün hamı əlindən gələni əsirgəməməlidir. İstər televiziya verlişlərində, istər yazıçı və şairlərin əsərlərində akademik dil biliyidən istifadə olunmalıdır. Zəngin olan dilimizin unudulmağına yol vermək olmaz. Çünki, ana dilin unudulması dövlətin məhvi demək olar.

Azərbaycan dilinə qoyulan dəyər və hörməti elm, təhsil sahəsində aydın şəkildə görmək mümkündür. Belə ki, ölkəmizdə son illərdə yeni məktəb və universitet binaları tikilmişdir. Təhsilə sahəsində yeni-yeni inkişafetdirici islahatlar həyata keçirilməkdədir. Məqsəd isə ancaq birdir, cəmiyyətimiz savadlı olsun və bu savadı inteqrasiya etdirə bilsin. Hazırda savadlı gənclərimiz yetəri qədərdir. Xaricdə təhsil alan vətəndaşların ölkəyə qayıdışını təmin etməklə dövlət başçısı ölkəmizin rifahını daha da yaxşılaşdırmışdır.

lham Əliyev bütün azərbaycanlıları öz dilini qorumağa çağırıb. Dövləti sevmək onu qorumaqdan və dəyər verməkdən başlar.