Azərbaycan bölgələrinin ümumi inkşafı həm sosial xarakter daşıyır, həm də ölkəmizi gücləndirir

Azərbaycan bölgələrinin ümumi inkşafı həm sosial xarakter daşıyır, həm də ölkəmizi gücləndirir

Səmayə Məmmədova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 126 saylı körpələr evi-uşaq bağçasının müdiri

18.04.2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan şəhərində Azərbaycan televiziyasına müsahibə verib. Prezident cıxışında bir cox mövzulara toxunub. Regionların sosial-iqtisadi inkişafı barədə, dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çox böyük, geniş miqyaslı quruculuq işləri aparılmasından bəhs etmişdir.

Bu işlərin davam etdirildiyini və hazırda 4-cü Dövlət Proqramının icra olunduğunu vurğulayan Azərbaycan Prezidenti bildirib ki, “Mənim bölgələrə səfərlərim həm nəzarət üçün birvasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki,bölgələrdə bizim bəyan etdiyimiz bütün hədəflər təmin edilsin, ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosialxarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir”.

30 ildən sonra düşmən tapdağından azad edilən Qarabağ və Şərqi Zəngəzurda misli görünməyən tikinti-quruculuq işləri Böyük qayıdış planının icrasını reallaşdırdı. Zəngilanın Ağalı kəndinin sakinlərinin həsrətli günləri vüsala yetişdi. Bununla yanaşı, ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etdi. Qarabağ və Şərqi Zəngəzurda həyat artıq bərpa edilib. Birinci layihə icra edilmiş və zəngilanlılar öz doğma torpağına qayıtmışlar. Bu, bir daha onu göstərir ki, dövlətimiz güclüdür və iradəmiz yerindədir. Eyni zamanda bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, bizim vətəndaşlarımız öz dədə-baba torpaqlarına bağlıdır. Hətta heç vaxt o yerləri görməyən gənclər, uşaqlar, məktəblilər böyük həvəslə Ağalıya qayıdıblar və bu birdaha xalqımızın
böyüklüyünü göstərir.

Şuşa, eyni zamanda Ağdam, Füzuli, Zəngilan, Laçın şəhərlərində geniş quruculuq işləri gedir, xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir. Görülmüş geniş miqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. Əlbəttəki, bütün bu nailiyyətlərə çatmağı şərtləndirən əsas amil güclü iqtisadiyyatın olmasıdır. Azərbaycan artıq iqtisadi müstəqilliyini çoxdan təmin edib. Bugün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heçkimdən iqtisadi və siyasi cəhətdən asılı deyil.

: