Azad zonalar istehsal yeri və şirkətlərin investisiya yatırması üçün əlverişli yer olacaq
Fərəh Hüseynova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 141 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər dəfə olduğu kimi bu dəfə də Davosda möhtəşəm layihələrin təqdimatını etdi. ”Qafqazın ürəyi” sayılan Azərbaycan öz nemətlərindən səmərəli şəkildə istifadə edərək Avropaya enerji satışında heyrətamiz səviyyəyə gəlib çatmışdır. Dünya İqtisadi Forumunda çıxışı zamanı cənab Prezident yeni dünya reallığına cavab verəcək iqtisadi dəyişikliklərə Azərbaycanın hazır olduğunu, yeni tranzit daşınmalara cavab verəcək Avrasiya Orta Dəhlizininin inkişafı üçün gücümüz olduğunu ictimaiyyətə elan etdi:” Düşünürəm ki, Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir.
Hesab edirəm ki, istənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır.”
Xarici iqtisadi əlaqələrin inkişafının daxili iqtisadiyyatın yüksəlişinə möhkəm zəmin yaratdığını gözəl bilən ölkə başçımız Avrasiya Orta Dəhlizinin biznesin dainamikasına müsbət təsir göstərcəyini vurğulamış,Azərbaycan məhsullarının ixracının şaxələnməsinə səbəb olacağını söyləmişdir:” Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaq. Ümidvarıq ki, bu azad zona istehsal yeri və şirkətlərin investisiya yatırması üçün əlverişli yer olacaq.”
Eyni zamanda regionda sülhün və sabitliyin qoruyucusu olan Azərbaycan qonşu və dünya birliyinin dövlətləri ilə həm siyasi, həm də iqtisadi əməkdaşlığa xüsusi önəm vermiş, hazırda da bunun üçün səylə çalışır. Türkiyə,Gürcüstan və Azərbaycan hal-hazırda dünyanın ən məşhur üçtərəfli iqtisadi partnyorudur. İlham Əliyev öz çıxışında Azərbaycan nefti və qazının Avropa bazarında dinamik inkişafla tələbatı ödədiyini və bu ixracın daha da artacağını hamının diqqətinə çatdırdı.
Həmçinin ölkə başçımız Azərbaycanın yaşıl enerjisinin də geniş potensiala malik olduğunu diqqətlərə çatdırdı.Buxarestdə imzalanmış müqaviləni xatırladan İlham Əliyev sualtı kabel xətti ilə elektrik enerjisinin satışı, digər yaşıl enerji layihələrinin də yaxın vaxtlarda reallaşacağına əmin olduğunu bildirdi.
İqtisadiyyatən inkişafının siyasi vəziyyətlə də birbaşa əlaqəsinin olduğunu anlasaq hazırda Azərbaycanla –Ermənistan arasında sülhün imzalanması dalana dirənmiş formadadır.Forumda bununla bağlı sualı da cavablandıran cənab Prezident daha bir təkliflə çıxış etmiş və bu qeyri-sabit vəziyyətin Ermənistanın özü üçün də səmərəsiz olduğunu qeyd etmişdir:” Bizim təklifimiz liderlərin Gürcüstanda görüşməsindən ibarət idi. Çünki Gürcüstan hər zaman tarixən bütün qonşuların görüşdüyü yer olub, lakin Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir, çünki əgər 3 Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar.”
Bu gün hər bir Azərbaycan vətəndaşı kimi mən də Prezident İlham Əliyevin ölkənin xoşbəxt gələcəyinə hesablanmış siyasətini dəstəkləyirım.Var olun, yeni uğurlara yolunuz açıq olsun!