Azərbaycanın təklif etdiyi prinsiplər Helsinki Yekun Aktına və BMT nizamnaməsinə uyğundur

Azərbaycanın təklif etdiyi prinsiplər Helsinki Yekun Aktına və BMT nizamnaməsinə uyğundur

Ulduz Nəcəfzadə 

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 281 nömrəli tam orta məktəbin müəllimi

Azərbaycan Helsinki Yekun Aktı əsasında üzərinə götürdüyü bütün  öhdəliklərinə tam əməl edən ölkədir. 1975-ci il avqustun 1-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) çərçivəsində Helsinki Yekun Aktı qəbul edilib. Helsinki Yekun Aktı xüsusilə dövlətlərarası münasibətləri tənzimləyən, Avropada sülh və təhlükəsizliyin qorunmasına xidmət prinsipləri müəyyən etmişdir.

Helsinki Yekun Aktı güc yolu ilə ərazi əldə edilməsini qadağan edib və sənədə görə gücdən istifadə olunmaması prinsipi bilavasitə sərhədlərin zorla dəyişdirilməsinin qəbuledilməzliyi ilə bağlıdır.ATƏT-in üzv dövləti olaraq Ermənistan Respublikası Helsinki Yekun Aktı ilə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf regionlarını işğal edib. İşğal edilmiş ərazilərdə mülki Azərbaycan əhalisinə qarşı qanlı etnik təmizləmə törədib.

Ermənistan Azərbaycana qarşı qeyri-qanuni əməllərini, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı güc tətbiqetmə və ya güclə hədələmə, işğal olunmuş ərazilərin ilhaqı cəhdləri və əhalinin zorla öz doğma yurdlarından qovulması kimi beynəlxalq hüquqa zidd hərəkətlərini ört-basdır etmək məqsədilə Helsinki Yekun Aktında təsbit olunan xalqların bərabər hüquqluluğu və öz müqəddəratını təyinetmə prinsiplərinə tam əksdir.

Azərbaycan öz tarixi torpaqlarını Ermənistan işğalından azad etdikdən sonra Ermənistana 5 maddədən ibarət təklif irəli sürmüşdür.Azərbaycanın təklif etdiyi 5 prinsip bütün beynəlxalq hüquq normalarına uyğundur

Həmin prinsiplərə dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, nəqliyyat və kommunikasiyaların açılışı,  və digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması aiddir.

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi əsas prioritetdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.