Azərbaycanın enerji siyasətində beynəlxalq əməkdaşlıq mühüm yer tutur

Azərbaycanın enerji siyasətində beynəlxalq əməkdaşlıq mühüm yer tutur

Nigar Zeynalova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 141 nömrəli tam orta məktəbin direktor müavini

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında Prezident çıxışında qaz təchizatının şaxələndirilməsinin də xüsusi əhəmiyyət daşıdığını qeyd etmişdir. Enerji resurslarının müxtəlif mənbələrdən təmin edilməsi və müxtəlif istiqamətlər üzrə nəql edilməsi həm enerji təhlükəsizliyini artırır, həm də bazarın sabitliyinə müsbət təsir göstərir. Bu siyasət Azərbaycanın enerji sahəsində uzunmüddətli strategiyasının mühüm tərkib hissəsidir.

Beynəlxalq əməkdaşlıq da Azərbaycanın enerji siyasətində mühüm yer tutur. Prezident vurğulamışdır ki, Amerika Birləşmiş Ştatları kimi güclü dövlətin Azərbaycanın strateji tərəfdaşı olması ölkənin enerji layihələrinin həyata keçirilməsində mühüm rol oynayır. Belə tərəfdaşlıq Azərbaycanın planlarının reallaşmasını daha da real və mümkün edir.

Azərbaycan həmçinin Avropanın enerji bazarında mövcudluğunu genişləndirmək niyyətindədir. Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlıq son illərdə daha da inkişaf etmişdir və bu əməkdaşlıq gələcəkdə yeni layihələrin həyata keçirilməsinə zəmin yaradır. Azərbaycan qazının Avropa bazarına çatdırılması enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verir.

Prezident İlham Əliyev çıxışının sonunda qeyd etmişdir ki, bütün ölkələrin ümumi məqsədi planetimizin təhlükəsiz və təmiz olmasıdır. Bu baxımdan yaşıl enerji layihələrinin inkişafı, ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Nəticədə deyə bilərik ki, Enerji sahəsində Azərbaycanın gələcək planları da olduqca genişdir. Prezident İlham Əliyev bildirmişdir ki, ölkə 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6–8 giqavat elektrik enerjisi əldə etməyi planlaşdırır. Bu məqsədə çatmaq üçün günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Belə layihələr Azərbaycanın enerji balansını daha da gücləndirməklə yanaşı, ekoloji cəhətdən təmiz enerji istehsalına da şərait yaradacaqdır.