Azərbaycanda çox müsbət sərmayə iqlimi uzun illərdir davam edir

Azərbaycanda çox müsbət sərmayə iqlimi uzun illərdir davam edir

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

Prezident İlham Əliyevin cari ilin 26 sentyabr tarixində iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışında bir çox əhəmiyyətli məqamlara toxunub. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, o cümlədən sahibkarlığın və biznesin inkişafı  hər zaman dövlətin diqqət mərkəzində dayanır. Danılmaz faktdır ki ,ölkəmizdə həyat getdikcə  dəyişir insanların  rifah halı daha da yaxşılaşır. Paytaxt Bakıda və bölgələrdə  yeni sosial lahiyələr həyata keçirilir. İnşa olunan göydələnlər, nəhəng  körpülər  müasir  yollar Azərbaycanın  getdikcə artan iqtisadi gücündən xəbər verir.

Bərpa prosesi ilə bağlı qarşıya qoyulan hədəflər müxtəlif  sahələri əhatə edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ölkənin vahid enerji şəbəkəsinə qoşulub.

Prezident İlham Əliyev zəfərdən sonra yerli və xarici media nümayəndələri üçün keçirdiyi  mətbuat  konfransında  işğaldan azad edilmiş ərazilərdə  görüləcək işlərin  geniş spektrinə diqqət çəkərək  demişdi.İndi təsəvvür edin ki  biz üç hava limanı inşa edirik.

Biz 100 kilometrlərlə  dəmir yolu çəkməyə başlamışıq. Minlərlə kilometr avtomobil  yolu çəkilib çəkiləcək də. Məktəblər, xəstəxanalar idman kompleksləri mədəniyyət ocaqları. Bu gün bizim Qarabağın bərpasından başqa önəmli bir işimiz yoxdur. Ona görə bütün gücümüzü biz oraya yönəldirik.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ilə təmin olunması məqsədilə dövlət proqramında  su anbarlarının suvarma və  paylama kanalların bərpası və yenilərinin tikintisinin  də 2026-cı ilin sonunadək yekunlaşdırılması  planlaşdırılır . Qarabağ və Şərqi Zəngəzurda zəruri  rabitə infrastrukturu qurulmaqla mobil rabitə internet poçt və .s təşkil edilib

Vaxtilə məcburi köçkün  düşmüş vətəndaşlarımızın geri qayıtması baxımından  məşğulluğun təmin edilməsi  vacib məsələlərdən biridir.

Böyük Qayıdışa  dair Birinci Dövlət Proqramı çərçivəsində  görülən işlərin kefiyyətli vaxtında və əlaqələndirilmiş şəkildə  icrasının vacibliyi bütün bunlar Qarabağın və Şərqi Zəngəzurun  bərpa və yenidən  qurulmasında Azərbaycan  dövlətinin iqtisadi gücünün göstəricisi  olduğunun təsdiqidir.