Azərbaycan–Avropa İttifaqı münasibətləri yeni mərhələdə
Aytən Əliyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 146 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi
2026-cı il martın 11-də Azərbaycan Respublikasının Prezidenti Ilham Aliyev ilə European Union Şurasının Prezidenti António Costa arasında keçirilən görüş və birgə mətbuat bəyanatı Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafında mühüm hadisə kimi qiymətləndirilir. Bu səfər tərəflər arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və enerji sahəsində tərəfdaşlığın daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunmasına böyük önəm verir. O bildirdi ki, əgər hər iki tərəf siyasi iradə və sülhə sadiqlik nümayiş etdirərsə, bu, dövlətlər və xalqlar arasında barışığın ən yaxşı göstəricisi olacaq. Bu yanaşma Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi çıxış edir və ölkənin regionda sabitlik, əməkdaşlıq və qarşılıqlı etimad mühitinin formalaşmasına verdiyi töhfəni göstərir.
Enerji əməkdaşlığının yalnız ənənəvi enerji mənbələri ilə məhdudlaşmadığını vurğulayan dövlət başçısı bərpaolunan enerji sahəsində də böyük potensialın olduğunu bildirdi. Azərbaycan günəş, külək və digər alternativ enerji mənbələrinin inkişafı istiqamətində geniş layihələr həyata keçirir. Bu layihələr həm ölkənin enerji strategiyasının şaxələndirilməsinə, həm də Avropa ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsinə imkan yaradır.
Ümumilikdə, Prezident İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın görüşü və birgə bəyanatı Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin strateji xarakter daşıdığını bir daha göstərdi. Siyasi dialoqun genişlənməsi, enerji və iqtisadi əməkdaşlığın dərinləşməsi, həmçinin regionda sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində atılan addımlar gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır.