Azərbaycana COP 29 –a ev sahibliyi edən ölkə olmaq şərəfi nəsib olmuşdur
“Buta” körpələr evi və uşaq bağçasının müdiri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
COP 29 konfransına ev sahibliyi Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar .Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib .
“Azərbaycan neft –qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcək və dünyada hər kəs bir daha görəcək ki bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır.Bu reallıqdır və bütün dünya bunu bir daha görəcək “ deyə Prezident İlham Əliyev ötən il dekabrın 15- də COP 29-un ölkəmizdə keçilirilməsi ilə əlaqədar müşavirədə vurğulayıb . Bununla yanaşı Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji “zonası elan edib və 2022-2026-ci illər üzrə tədbirlər planı təsdiqlənib .
COP iqlim dəyişikliyi ilə mübarizədə cox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir.Azərbaycan bu tədbirə Şərqi avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir.
Azərbaycanın neft- qaz ölkəsi olmaqla yanaşı yaşıl iqtisadiyyatı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut edecək .Tədbirin Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırılmasına böyük təkan verəcək .